Canəli Əkbərov villasını kimə vəsiyyət etdi?
Bizi izləyin

Magazin1

Canəli Əkbərov villasını kimə vəsiyyət etdi?

Xalq artisti, ustad xanəndə Canəli Əkbərov yay istirahətini Lənkəranda tikdirdiyi villasında keçirir.

İstirahətindən məmnun qaldığını deyən sənətkar Publika.az-a danışıb:

“Bir neçə ildir ki, yay istirahətimi öz kəndimdə keçirirəm. Lənkəranda üçmərtəbəli yaxşı bir villa tikdirmişəm, hər yay arvadı da qoluma vurub bura gəlirəm. Nəvələr, oğul-uşaq da başıma yığışır. Nə qədər ömrüm var, o evdə özüm yaşayacağam, dünyamı dəyişəndən sonra da balalarıma verəcəm, özü də hamısına. Özlərinə də vəsiyyət etmişəm ki, məndən sonra bu evi boş qoymasınlar. Beş övladım var, 13 nəvəm, 13 də nəticəm. İstəyəndə gəlsinlər, qalsınlar, istirahət etsinlər, amma evin üstündə dava eləməsinlər”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm