Bu gün Milli Musiqi günüdür
Bizi izləyin

Magazin1

Bu gün Milli Musiqi günüdür

Bu gün Azərbaycanda musiqi günü kimi qeyd olunur.

Publika.az xəbər verir ki, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür.

Həmin gün sadəcə, musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Belə ki, görkəmli bəstəkar və dirijor Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Beləliklə, artıq 10 ildir ki, musiqi bayramı qeyd olunur.

Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. Şərqdə operanın, operettanın əsasını məhz o qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini əsərləri ilə zənginləşdirib.

Üzeyir musiqisinin bənzərsizliyindən, xalqın, dövlətin isə qədirbilənliyindəndir ki, hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günləri ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır. Ənənəyə uyğun olaraq, bu il də sentyabrın 18-dən 28-dək Bakıda Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bayramla əlaqədər paytaxtda müxtəlif tədbirllər və festival keçiriləcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm