
Əməkdar artist, gənc muğam ifaçısı Babək Niftəliyevin, sən demə, oxumaqdan başqa, sevimli məşğuliyyəti də varmış.
Publika.az-a danışan sənətçi mahir ovçu olduğunu deyib:
“Boş vaxt tapan kimi ova çıxıram və bununla dincəlirəm. Hətta elə gün ola bilər ki, səhərdən axşama qədər pusquda dayanım”.
Babək ovu sevdiyi kimi, çöl heyvanlarının dərisini və maketini də evində saxlamağı çox xoşlayır. Belə ki, evində ceyran dərisindən tutmuş cavanavar maketinə qədər bütün heyvanlardan nümunə var. Ov tüfəngi də olan Babək silahını saxladığı yerin açarını yalnız özündə saxlayır.
Cəvahir