Kənan M.M-in “Gecə qonağı” ortaya çıxdı
Bizi izləyin

Magazin1

Kənan M.M-in “Gecə qonağı” ortaya çıxdı

Təqdimatı çoxdan gözlənilən “Gecə qonağı” filminin qala gecəsi baş tutub.

Publika.az xəbər verir ki, tədbirdə filmin yaradıcı heyəti ilə yanaşı, tanınmış şou-biznes nümayəndələri və jurnalistlər iştirak edib.

Filmin rejissoru Kənan M.M aktyorluq da edib. Epizodik rollardan birində çıxış edən rejissor əsas obrazları Fərda Amin, Pərvin Abıyeva, Tural Əhməd, Kəmalə Piriyeva kimi aktyorlara həvalə edib.

Qeyd edək ki, film İlqar Fəhminin “Vampir” romanı əsasında lentə alınıb. Filmdə tamaşaçıların diqqətini çəkən məqamlardan biri aktyorların fərqli ampluada çıxış etməsi olub. Məsələn, tanınmış komediya aktyoru Fərda Amin filmdə fərqli obrazda – dramatik rolda tamaşaçı qarşısına çıxıb.

Filmin saundtreklərinin müəllifi Nailə Mirməmmədlidir.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm