“Turkvision”a gedəcək ifaçı bəlli oldu
Bizi izləyin

Magazin1

“Turkvision”a gedəcək ifaçı bəlli oldu

Bu il Azərbaycanı “Turkvision” musiqi yarışmasında Mehman Tağıyev təmsil edəcək.

Publika.az xəbər verir ki, Mehman Tağıyev dünən yekunlaşan “O səs Azərbaycan” yarışmasının qalibi olub. Yarışmanın şərtlərinə əsasən, həmin müsabiqənin qalibi Azərbaycanı “Turkvision” musiqi yarışmasında təmsil edir. Mehman Tağıyev əməkdar artist Elza Seyidcahanın tələbəsidir.

Qeyd edək ki, təmsilçimiz müsabiqədə sözləri Qənirə Paşayevaya, musiqisi Elza Seyidcahana aid “İstanbul” mahnısını ifa edəcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm