Azərbaycanda aktrisanı “brilyant atəşi"nə tutdular - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanda aktrisanı “brilyant atəşi"nə tutdular - FOTOLAR

Azərbaycanın ən cazibədar aktrisası kimi tanınan Pərvin Abıyeva 25 yaşını qeyd edib. O, doğum günündə çəkilən şəkilləri şəxsi "Instagram" səhifəsində paylaşıb.

Publika.az xəbər verir ki, doğum gününü təmtəraqlı şəkildə qeyd edən aktrisa dostlarından və yaxınlarından xeyli qiymətli hədiyyələr alıb. Ona hədiyyə olunmuş bahalı hədiyyələrin şəkilini paylaşaraq təşəkkürünü bu sözlərlə ifadə edib: “Məni "brilyant atəşi"nə tutan insanlar, öpürəm!”

Özünəməxsus geyim tərzi ilə seçilən aktrisa doğum günündə iki libas dəyişib.

Doğum günündə əylənən aktrisa qonaqlarını da əyləndirib. O, ilanla rəqs edərək hamını təəccübləndirib.

Xatırladaq ki, aktrisanın doğum gününə gələn tanınmışlar arasında rejissor Kənan M.M, aktyorlar Fərda Xudaverdiyev, Elşən Orucov, Azər Baxşəliyev, Hüsniyyə Mürvətova, müğənnilər Emil Bədəlov, Yaşar Cəlilov və başqaları olub. O, “Bu gün, mənim ən gözəl günümdə yanımda olan hər kəsə çox minnətdaram. Gözlərindən mənə verdikləri dəyəri anladım. Az müddətdə tanıdığım hər kəs orda idi. Gələn ayaqlarınız var olsun! Gəlməyənlərin də canı sağ olsun, amma onu bilsinlər ki, bu günün sabahı da var!” – deyə bildirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm