“Eurovision 2016"nın qalibi bəlli oldu - VİDEO
Bizi izləyin

Magazin1

“Eurovision 2016"nın qalibi bəlli oldu - VİDEO

İsveçin Stokholm şəhərindəki “Globe” arenada 61-ci dəfə təşkil olunan “Eurovision-2016” mahnı müsabiqəsinin final konserti başa çatıb.

Publika.az-ın məlumatına görə, yarışmanın sonunda sms-səsvermə və proffesional münsif seçimi nəticəsində "Eurovision 2016"nın qalibi 534 xalla Ukrayna təmsilsiçi Camala olub. Təmsilçi iştirakçı ölkələrin çoxundan 12 xal alıb, həmçinin tamaşaçı səs verməsində ən çox xal bu ölkəyə verilib.

İkinci yeri 511 xal toplayan Avstraliya təmsilçisi Dami İm olub. Rusiya təmsilçisi Sergey Lazerev isə 491 xalla üçüncü yerdə qərarlaşıb.

Azərbaycan təmsilçisi Səmra Rəhimli isə uğursuz nəticə əldə edərək müsabiqədə sonuncu yerlərdə olub. Qeyd edək ki, Azərbaycan 12 xalını Rusiyaya, 10 xalını Ukraynaya, 8 xalını isə Bolqarıstana verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm