Magazin1
Flora Kərimova Teymur Əmraha od püskürdü
“Mənə pis ana deyə bilərlər, amma vətənpərvərliyimə heç nə deyə bilməzlər. Bu yaxınlarda Teymur Əmrah dedi ki, guya mənə həsr olunan “Ey vətən” mahnısını oxumağa ixtiyarım yoxdur. Bu, mənə çox pis təsir elədi”.
Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova "10-dan sonra" verilişində deyib.
Müğənni əməkdar artistə xəbərdarlıq edib: "Teymur, əl çək məndən. Nəfəsin, tərzin mənimdir. Səni mənim mahnılarımla sevdilər. Onları oxudun, özünü sevdirməyə çalışdın. Hər şeyə şübhən ola bilər, ancaq mənim vətənpərvərliyimə yox. Səndən qüdrətli insanlar mənimlə çarpışmağı bacarmadılar. Bu vərdişini qoy yerə. Onsuz da alnında, danışıq tərzində Flora Kərimova yazılıb. Məni pisləməklə kimlər nə qazandı ki, sən də qazanasan. Hələ ki, gec deyil, dayan. Heç nə əldə edə bilməyəcəksən. Mən bu cəmiyyətdə zərrə-zərrə öz yerimi qazandım.
Sən isə misqal-misqal addımlayırsan, insanların sənə nifrətini qazanma. Sən mənim oxşarımsan. Hansı ləkəni boynuma qoysalar, dinmərəm. Amma Teymur “Ey vətən” mahnısını oxumağa ixtiyarım olmadığını dedi. Bu qədər insafsızlıq, paxıllıq olmaz. Dayan, sən nə edirsən? Sənin hansı yolunu kəsmişəm ki? Mən hər zaman sənə dəstək olmuşam. Amma o, hər zaman arxamca danışıb”.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?