• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Yazın son trendi: Zolaqlı geyimlər - FOTOLAR

  • Magazin1
  • 28 Mart 2015 10:30
  • 3 739 Baxış
Yazın son trendi: Zolaqlı geyimlər - FOTOLAR

Xanımları yaz mövsümünün ən diqqətçəkən dəb cərəyanları ilə tanış etməkdə davam edirik. Publika.az-ın tabloid bölməsi xəbər verir ki, 2015-ci ildə mağazalarda qarşımıza çıxan dəb cərəyanlarından biri də zolaqlardır! Belə ki, qalın, nazik, eninə və ya uzununa zolaqlı naxışlar yaz mövsümünün trendi olmağa iddialıdır. Yeni mövsümdə zolaqların hansı istiqamətdə olmasının əhəmiyyəti yoxdur.

Çizgili Uzun Etek ve Elbise Modeli 2015

Zolaqlar bütün geyim və aksessuarlarda xüsusi yer tutur. Ən tanınmış dizaynerlər zolaqlardan xüsusi məharətlə istifadə edirlər. Hər hansı bir geyim və aksessuar növünü gözünüzün qabağına gətirin. Orda ən azı heç olmasa iki -ağ-qara zolaqdan istifadə olunur. Bu, hər bir geyim və aksessuarda kontrast yaradır.

Çizgili Uzun Etek ve Elbise Modeli 2015

Qeyd edim ki, zolaqların klassik forması mavi və ağ rənglərin paralelliyindən yaranıb. Bunun ən qədim nümunəsi dənizçi geyimləri sayılır. Onları təkcə dənizçilərə deyil, həm də dəb həvəskarlarına yaraşıq bəxş edib. Qırmızı zolaqlı geyimlər isə daha şən və enerjili xanımların seçimləri arasında yer alır.

Zolaq dəbi çox maraqlı olsa da, dəstləşdirmək asan məsələ deyil. Bu səbəbdən də xanımların əksəriyyəti zolaq dəbi ilə ayaqlaşmaqdan imtina edir. Çünki yanlış istifadə edildikdə ciddi dəb xətasına və fəlakətə çevrilir.

Zolaqlı parçadan olan paltarların geyinilməsinin öz forma və xüsusiyyətləri var. Məsələn, hündürboy insanlar zolaqları eninə olan geyimləri geyinir ki, boyları bir qədər bəstə görünsün. Bəstəboy insanlar isə, əksinə zolaqları uzununa olan geyimləri geyinir ki, boyları nisbətən hündür görünsün.

Bundan başqa, zolaqları uzununa olan geyimləri geyinən insanlar arıq, incə görünür. Zolaqları eninə olan geyimləri geyinənlər isə, nisbətən dolu bədənli görünür. Enli sinə və azacıq qarnı olan xanımlara isə vertikal zolaqlı geyimlər daha çox yaraşır.

Belə zolaqlı parçalar adətən yaz-yay mövsümündə dəbdə olur. Amma zolaqlı aksessuarlar ilin bütün fəsilləri üçün dəbdədir.

Gəlin, mövsümün tendensiyalarından biri olan zolaqları daha yaxından araşdıraq.

Qalın zolaqlar

Tesettür Kombinleri 2015

Kombinin detalları:

Ətək: “Viktoriya Beckham”

Köynək: “Stella Mccartney”

Şərf: “Aleksandr Mcqueen”

Çanta: “Viktoriya Beckham”

Ayaqqabı: “My Mum”

Zolaq trendini düzgün tətbiq etməyin ilk qaydası dəstdə yalnız bir zolaqlı geyimə üstünlük verməkdir. Bu dəb cərəyanı tək rəng geyimlərlə klassik görünür.

İncə zolaqlar

Tesettür Kombinleri 2015

Kombinin detalları:

Ətək: “Dolce & Gabbana”

Kofta: “Zara”

Şərf: “Yves Saint Laurent”

Çanta: “Chlo”

Ayaqqabı: “Valentino”

İncə zolaqlar həm gündəlik, həm də ofis stili üçün çox əlverişlidir.

Cüt istiqamətli zolaqlar

Tesettür Kombinleri 2015

Kombinin detalları:

Ətək: “Cushnie et Ochs”

Kofta: “Viktor & Rolf”

Şərf: “Aleksandr Mcqueen”

Çanta: “Chanel”

Ayaqqabı: Saint Laurent

Bu dəstdə olduğu kimi müxtəlif istiqamətlərə gedən zolaqlı geyimi sadə və kontrast rənglə tamamlayın.

P.S Məncə, özünə hörmət edən, öz gözəlliyinin qədrini bilən hər bir xanım dəblə yaxından maraqlanmalı, trendlərdən xəbərdar olmalıdır. Ən əsası isə bədənini yaxşı tanımalı və ona nəyin yaraşdığı haqqında kifayət qədər məlumatlı olmalıdır. Əziz xanımlar, çalışın siz də yaz mövsümünün dəb cərəyanlarından kənarda qalmayasınız. Sizi tanış etdiyim geyim dəbindən istifadə etməyə çəkinməyin.

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR