Məşhur aktrisa: “Dedi ki, qoymaram kiminsə sevgilisi olasan”
Bizi izləyin

Magazin1

Məşhur aktrisa: “Dedi ki, qoymaram kiminsə sevgilisi olasan”

Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova mərhum həyat yoldaşının qısqanclığı üzündən cavanlıqda arzuladığı bir çox rolları oynamadığını deyib.

Publika.az-a danışan aktrisa ailə qurub və 40 yaşdan sonra kinoya çəkilib: “Həyat yoldaşım mərhum rejissor Rüfət Şabanov çox qısqanc idi, buna görə də biz ailə qurandan sonra məni kinodan ayırdı. Çünki qəşəng, yaraşıqlı idim və o məni tərəf-müqabillərimə qısqanırdı. Dedi ki, heç vaxt qoymaram filmdə kiminsə sevgilisi, ya arvadı olasan. Əslində mənə inanırdı, amma ağzıcöyçəklərdən ehtiyat edirdi. Çünki sənət adamlarına qara yaxmaq o qədər də çətin deyil. Amma ərim mənə söz verdi ki, 40 yaşdan sonra sənə filmlərə çəkilməyə icazə verəcəyəm. Kişi kimi də sözünə əməl etdi. 40 yaşdan sonra özü məni filmlərinə çəkdi. Amma rejissorlar mənə yaşıma uyğun olaraq ana rollarını həvalə edirdilər”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm