Magazin1
Ələsgər Məmmədoğlu: ”Söyüş söyməmişəm”
Xalq artisti Ələsgər Məmmədoğlu gənclərin rejissorluğu ilə çəkilən komediya filmlərindən danışıb.
Publika.az-a açıqlama verən aktyor həmin filmlərin insanlar tərəfindən maraqla qarşılandığını deyib: “Maşallah. Son vaxtlar kinoteatrlar canlanıb, cavanların lentə aldıqları filmlər sözün yaxşı mənasında tüğyan edir. Buna çox sevinirəm. Çünki uzun müddət idi ki, insanlar kinoteatra getməyi yadırğamışdılar. Amma indi cavanların hamısı kinoteatrlara gedir. Bunun özü böyük uğurdur”.
Aktyor özü də gənclərin ərsəyə gətirdiyi iki komediya filmində rol aldığını deyib: “Çoxdan idi ki, filmlərə çəkilmirdim. Çox darıxmışdım. Fərda məni “Xoxan” filminə dəvət etdi, ardınca “Yumurta" filminə çəkildim. Aktyor üçün nə lazımdır, filmə çəkilsin”.
Xalq artisti bəzi həmkarları tərəfindən komediya filmlərinin tənqid olunmasına da münasibət bildirib: “Bəzi həmkarlarım var ki, həmin filmləri bəyənmir, tənqid edir. Mən bu fikirlərlə razı deyiləm. Təbii ki, yeni başlanan işdə çatışmazlıqlar olacaq, amma hər növbəti filmdə bu qüsurlar aradan qalxacaq. Ən çox filmlərdə işlədilən söyüş və açıq-saçıq səhnələr tənqid olunur. Mən də dediyim kimi son vaxtlar iki filmə çəkilmişəm, amma söyüş söyməmişəm”.
Cəvahir
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi