Magazin1
Rusiyalı məşhur yubileyini Bakıda keçirdi - FOTO
Aprelin 21-də Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında daha bir maraqlı layihə reallaşıb.
Publika.az-ın məlumatına görə, Rusiyanın xalq artisti, məşhur həmyerlimiz Emmanuil Vitorqan və Belarusun Xalq artisti Anjelika Aqurbaşın iştirakı ilə "Kral Tref - məhəbbət kartı" adlı yubiley tamaşası təqdim olunub.
Musiqili kino-tamaşa janrındakı qeyri-adi layihə teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Üç janrın- kino, teatr və estrada sənətinin sintezi olan tamaşanın quruluşçu rejissoru Aleksandr Gerasimovdur. Rejissorun “Kral Tref” pyesi əsasında hazırlanan tamaşanın musiqisi dirijor və bəstəkar Yuri Poteenkoya məxsusdur.
Bakılı teatrsevərlərin sürəkli alqışları ilə müşayiət olunan
tamaşanın əsas qəhrəmanı olan həmyerlimiz Emmanuil Vitorqan
Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş
nişanı ilə də təltif olunub.
Qeyd edək ki, Emmanuil Vitorqan 1939-cu ilin 27 dekabrında Bakıda anadan olub. Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Leninqrad Dövlət Dram və Komediya Teatrında çalışıb. Moskvanın başqa dram və akademik teatrlarında da fəaliyyət göstərən aktyorun həyatında kino da xüsusi yer tutur. Onun sənət tərcümeyi-halına 100-dən artıq bədii filmdə yaratdığı maraqlı obrazlar da daxildir.
Cəvahir
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq