Magazin1
Eldəniz Məmmədov: “Ağıllı qadın kişinin...” - FOTOLAR
“Bütün ömrüm boyu mən özümü qadınlardan qorumuşam. Bu gün də belədir”. Bunu müğənni Könül Kərimova “Space” telekanalında efirə gedən “Günaydın” verilişində “ailədə qadın savadlı, yoxsa savadsız olmalıdır”,- mövzusunda gedən müzakirələr zamanı deyib.
Publika.az xəbər verir ki, müzakirələrdə müğənni Könül Kərimova ilə yanaşı muğam ifaçısı Eldəniz Məmmədov da iştirak edib. E.Məmmədov ağıllı qadınlara üstünlük verdiyini bildirib:
“Kişinin yanında ağıllı qadının olması onun başının ucalığıdir. Ağıllı qadın övladlarına da düzgün tərbiyə verəcək. Ən azından övladların savadlı böyüyəcək. Belə ağıllı qadınları sevməmək olmaz”.
K.Kərimova isə ağıllı qadınların daha çox hiyləgər olduğundan bəhs edib.
“Ağıllı kişilər ağıllı qadınları sevir. O, ağılsız kişilərdir ki, ağılsız qadınların peşindədirlər. Qadınlar çox hiyləgər olur. Bu, tarixən belə olub. Qadın yıxan evi fələk də yıxa bilməz. Bütün ömrüm boyu mən özümü qadınlardan qorumuşam. Bu gün də belədir”.
Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.
İsa Şükürov
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA