“Əli və Nino” İstanbulda – EKSKLÜZİV FOTOLAR
Bizi izləyin

Magazin1

“Əli və Nino” İstanbulda – EKSKLÜZİV FOTOLAR

Yazıçı Qurban Səidin "Əli və Nino" əsəri əsasında çəkilən eyniadlı filmin iki həftəlik İstanbul çəkilişləri başlayıb.

Publika.az xəbər verir ki, filmlə bağlı buro247.az saytına eksklüziv açıqlama verən prodüser Kris Tikyerçəkiliş heyətinə daha bir məşhur türk aktyorunun qatıldığını bildirib: "İstanbulda çəkilişlərə başlamağımız, yerli partnyorlarımız AZ Celtic və çəkilişlərin əvvəlindən bizimlə olan türkiyəli heyətlə çalışmağımız bizi çox həyəcanlandırır. Dünyada ən yaxşı aktyorlardan olan Halit Ergenç və Ekin Koçun bizim komandanın bir hissəsi olması ilə də bəxtimiz çox gətirib." Bundan başqa, Buro247.az saytına filmdən eksklüziv kadrlar, o cümlədən Halit Ergençin Azərbaycanın Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin obrazında olan ilk fotosu da təqdim edilib.

Xatırladaq ki, "Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Filmin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti ("Yolda", "Çərpələng uçuran", "Motosikletçinin gündəliyi"), quruluşçu operator Gökhan Tiryaki ("Qış yuxusu", "Bir dəfə Anadoluda"), redaktor Aleksandr Berner ("Yupiterin yüksəlişi", "Buludlu atlas", "Hesablaşma") də daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.

Qeyd edək ki, "Əli və Nino" əsəri inqilabdan əvvəlki Bakıda azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edir. Romanda 20-ci əsrin əvvəlində dünyanın neft paytaxtının siyasi, etnik və mədəni həyatı təsvir edilir. Əsərdə hadisələr Birinci Dünya Müharibəsindən sonra Azərbaycan, Gürcüstan və İranda baş verir. Müharibə, qırğınlar, iğtişaşlar fonunda Əli Xan Şirvanşirlə Nino Kipianinin məhəbbəti göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm