Ekspert ölüb gedən ailə dəyərlərindən danışdı - FOTOLAR
Bizi izləyin

Magazin1

Ekspert ölüb gedən ailə dəyərlərindən danışdı - FOTOLAR

“Bu gün televiziyalarda ailə dəyərlərindən çox ailələrdə baş verən kriminal hadisələrdən danışılır”.

Publika.az xəbər verir ki, bunu ailə məsələləri üzrə ekspert Hacı Quliyev “Space” telekanalında yayımlanan “Günaydın” verilişində qonaq olarkən deyib. Ekspert gənc ailələri milli ailə dəyərlərini qoruyub saxlamağa çağırıb:

“Gənclər ailə dəyərlərini unudublar. Onlarla söhbətdən aydın olur ki, ailə dəyərləri haqqında anlayışları yox dərəcəsindədir. Gənclər ailəyə barmaqarası baxırlar. Ona görə də boşanmaların sayı daha çoxdur. Ailə qurarkən elə düşünürlər ki, seçdiyi ilə evlilik ürəyincə olmasa, istənilən vaxt boşanıb, yenidən başqası ailə qura bilər. Təbii ki, bununla da ailə dəyərləri, o cümlədən, ümumi – milli-mental dəyərlər itir. Əvvəllər ağsaqqalların məsləhətinə önəm verilirdi. Amma indi hər şey çox fərqlidir.”

H.Quliyev vətəndaş nikahını birmənalı qəbul etmədiyini söyləyib:

“Ümumiyyətlə, ölkəmizdə vətəndaş nikahına daha çox önəm verilir. Ancaq mən bunu birmənalı qəbul etmirəm. Ən əsas ağsaqqalın, böyüklərin məsləhəti olmalıdır, buna önəm verilməlidir. Əgər belə olarsa, uzunömürlu sağlam ailə qurmaq olar.”

Xatırladaq ki, teleaparıcı Vüsalə Kərimovanın təqdimatında yayımlanan verilişin digər qonaqları müğənnilər Samir Piriyev və Gülay Zeynalova olublar.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa ŞÜKÜROV

Oxumağa davam et
Reklam
Reklam

Gündəm