Magazin1
Xalq artisti: “Ancaq ona görə teatra gəlirdilər”
Xalq artisti Yasin Qarayev tamaşaçı qıtlığından gileylənib.
Publika.az-a danışan aktyor əvvəlki illərdən fərqli olaraq, son zamanlar tamaşa zallarının o qədər də dolu olmadığından gileylənib: “Elə öz çalışdığım Gənc Tamaşaçılar Teatrını misal çəkmək istəyirəm. Gündüz tamaşalarına söz ola bilməz, həmişə tamaşaçısı olur. Amma axşam tamaşaları zamanı zal tamaşaçı ilə dolmur. Elə öz oynadığım tamaşaları da nəzərdə tuturam, ayrı-seçkilik salmıram. Amma əvvəllər fərqli idi. Hər sənətkarın öz tamaşaçısı olurdu və ancaq ona görə teatra gəlirdilər. O sənətkarlar dünyalarını dəyişəndən sonra vəziyyət dəyişdi”.
Xalq artisti ümidini üzmədiyini də deyib: “Teatrın əvvəlki şöhrətini qaytarmaq üçün müasir tamaşaçını maraqlandıran və zövqünə cavab verən səhnə əsərləri təqdim etmək lazımdır. Şükür Allaha, işartılar var. Gənclər arasında istedadlı aktyorlar yetişir. Yəqin ki, bu işartılar böyük məşələ çevriləcək”.
Cəvahir
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi