Magazin1
Azərbaycanlı rejissordan şad xəbər – FOTOLAR
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Axınla aşağı” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında “Ən yaxşı tammetrajlı debüt film” mükafatına layiq görülüb.
Bu barədə Publika.az-a filmin rejissoru Asif Rüstəmov bildirib.
Onun sözlərinə görə, Amerika kinoakademiyasının dəstəyi ilə keçirilən, Cənubi və Şərqi Avropa ölkələrinin filmlərinin ABŞ-da tanıdılmasına xidmət edən festivalın proqramlarında bu il ümumilikdə 23 ölkəni təmsil edən filmlər yer alıb.
Filmin nümayişində və mükafatların təqdim olunma mərasimində Asif
Rüstəmov özü iştirak edib.
Qeyd edək ki, dünya premyerası Karlovı Varı Beynəlxalq Film
Festivalı çərçivəsində “East of the West” müsabiqə proqramında
gerçəkləşən “Axınla aşağı” filminin ssenari müəllifləri Asif
Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar,
quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə,
prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra
Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.
Cəvahir
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi