Magazin1
"Pijama Party"nin aparıcıları pijama geyinməkdən imtina etdilər - FOTOLAR
Bakıda “Pijama Party” keçirilib. Avropanın ən məşhur partilərindən sayılan “Pijama Party”ni şəhərimizdə “My Special Event Agency” şirkəti təşkil edib. Klub əyləncəsi üslubunda təşkil edilən tədbirin bütün iştirakçıları tədbirə pijamada qatılıb. Sərt qaydalarla idarə olunan tədbirin təşkilatçıları qəbul olunmuş ümumi müddəalara, xüsusən, geyimə xüsusi diqqət yetirib. Belə ki, pijama geyinməyən, partinin qaydalarına əməl etməyənlər içəri buraxılmayıb.
Partinin pijamasız qonaqları yalnız aparıcılar - Xose Bernardo və İsa Şükürov olub. Onlar tədbiri açan kimi təşkilatçı şirkətlə bağlı geniş məlumat veriblər. Belə məlum olub ki, “My Special Event Agency”nin təşkil etdiyi parti həm də bu yeni şirkətin təqdimatıdır.
Şirkətin rəhbərləri Aysel Zahidqızı və Turanə İdrisova çıxış edərək bildiriblər ki, belə bir şənlik qurmaqla “My Speacial” şirkətinin digər təşkilatçı şirkətlərdən fərqliliyini ortaya qoymağa çalışıblar. Onların fikrincə, bununla “kreativ və mümkünsüz bir şey yoxdur” anlayışını təsdiqləmək istəyiblər.
Qeyd edək ki, sözügedən şirkət toy, nişan, ad günü, bir sözlə, korporativ tədbirlərin təşkili ilə məşğul olacaq.
Şənliyin əsas ulduz qonağı bu il Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının ulduz səfiri DJ Shock olub.
Partidə çoxlu əcnəbi qonaqlar da iştirak edib. Tədbirə qatılan xarici qonaqlar sırasında Türkiyədən də gələnlər olub. Onlar xüsusi olaraq ilk “Pijama Parti”də iştirak etmək üçün gəliblər.
İsa Şükürov
Fotoqraf Rəşad Abbasov
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu