“Maşın-şou”da döyülən stilist Anara Xatirədən sevgi ismarışı - FOTOLAR
Bizi izləyin

Magazin1

“Maşın-şou”da döyülən stilist Anara Xatirədən sevgi ismarışı - FOTOLAR

Müğənni Xatirə İslam stilist Anar Ağakişiyevlə “Maşın şou”dakı qalmaqalından sonra birgə şəkillərini paylaşıb. Publika.az xəbər verir ki, bu gün paylaşdığı şəkillərdə Anarla mehriban görünən müğənni şəkillərə şərh də yazıb. Mehriban Xanlarova və Anarla birgə çəkilmiş şəklə “Maşından qalan xatirələr” və Anarla ikilikdə çəkdikləri “selfie”də isə “Bu qədər stressin içində Anarı sevdim” alt yazısı bir həftə əvvəl Xatirə İslamın qələbəsi ilə bitən yarışda baş verənləri yenidən göz önünə gətirir.

Üstəlik, Anarla Xatirə arasında “Maşın şou”dan kənarda da gərginlik yaşanmışdı. Belə ki, stilist Anar Ağakişiyevin şouda Abbas Bağırova dəstək olmaması müğənni Xatirə İslamı özündən çıxarmışdı. O, veriliş bitən kimi hər kəsin gözü qarşısında stilistə təzyiq göstərmiş, bununla da kifayətlənməyib onu döydürəcəyi ilə də hədələmişdi.

Daha sonra şounun iştirakçılarını pavilyondan hotelə aparan avtobusun qarşısını bir nəfərin kəsərək Anar Ağakişiyevə hücum çəkmişdi. Amma Anar bu barədə deyilənləri mətbuata danışmaqdan çəkinmişdi.

Bununla bağlı materiala bu linkdən baxa bilərsiniz.

Səadət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm