Gülüstan Əliyeva: “Dinləyicilərimin zövqünü oxşamaq fikrindəyəm”
Bizi izləyin

Magazin1

Gülüstan Əliyeva: “Dinləyicilərimin zövqünü oxşamaq fikrindəyəm”

Əməkdar artist Gülüstan Əliyeva bu yay istirahət edə bilməyəcək. Bu barədə o, Publika.az-a açıqlamasında deyib. İfaçı bütün yayı işləyəcək. O həm müxtəlif konsertlərdə çıxış edəcək, həm də aktrisalıq fəaliyyətini davam etdirəcək:

“Yay aylarında konsert verməyəcəm. Çünki bu yay Azərbaycanda mədəni tədbirlər çoxdur. Eyni zamanda Opera teatrının solistiyəm. Bu ərəfədə tamaşalarımız da çox olacaq. Solo konsert vermək isə bir günün işi deyil. Bunun üçün aylarla məşq etmək lazımdır”.

Konsert fikri də yaxın gələcək üçün qüvvədədir. Belə ki, əməkdar artist payız mövsümünün açılışını özünün konsertiylə etmək niyyətindədir:

“Sentyabrda konsert verməyi planlaşdırıram. Çalışacağam ki, tamaşaçılarımın qarşısına onların indiyədək məni görmədiyi performansla çıxım. Təkcə görünüş deyil, repertuar baxımından da dinləyicilərimin zövqünü oxşamaq fikrindəyəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm