• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Tolik Səidənin cavabını belə verdi - ÖZƏL

  • Magazin1
  • 9 İyun 2015 15:30
  • 2 650 Baxış
Tolik Səidənin cavabını belə verdi - ÖZƏL

“Nə qədər bacarırsan, o qədər də mənim yolumu kəs”. Bu sözləri aparıcı və müğənni Səidə Sultan bu gün efirdən səsləndirib. Publika.az xəbər verir ki, prodüser Tarix Əliyevin (Tolik – red.) ad gününü təbrik edən müğənni tikanlı sözlər seçərək ona canlı yayımdan ismarış göndərib.

Publika.az ismarışın ünvanına çatıb-çatmadığını yoxlayaraq ünvanına səslənənlərlə bağlı məşhur prodüserin mövqeyini öyrənib. Maraqlıdır ki, prodüser ailəliklə tanıdığı müğənninin sözlərini təsdiq edib:

“Mən onun yollarını burmuram. Səidə nə Aygün, nə də Röyadır ki, onun yolunu buram. Səidə sıradan müğənnilərdən biridir. Mən onun baldızı ilə birlikdə toyda olmuşam. Ona da demişəm ki, Səidə mənə qarşı haqsızlıq edib. Ona görə də təşkil etdiyim tədbirlərdə, konsertlərdə, toylarda, xına mərasimlərində bu müğənni yer ala bilməz. Mən onun ailəsini, evini tanıyıram. Atasına Allah rəhmət eləsin. Ancaq Səidə məni incidib. Bəlkə də, məni qınayacaqlar ki, yol kəsmək günahdır. Lakin heç bir müğənninin etmədiyi xeyriyyəçiliyi mən edirəm. Səidə mənim davranışımı bəyənməsə də, öz rəfiqəsinin “İnstagram” səhifəsində məni ələ salmamalıydı. (Natavan Həbibi nəzərdə tutulur – red.). Ona görə də mənim əlim olan heç bir tədbirdə Səidə iştirak edə bilmir”.

Səidəyə qarşı münasibətdə tutduğu mövqeyi gizlətməyən prodüser şou-biznesdə öz prinsipləri olan yeganə adam olmadığını da vurğulayıb:

“Brilliant Dadaşova və Faiq Ağayev... Kim olur olsun, heç kəsin, hətta dövlət məmurunun toyunda belə bu iki müğənnini bir yerdə görmək mümkün deyil. Faiq Ağayevin aparıcısı olduğu tədbirdə Brilliant Dadaşova oxuya bilməz. O cümlədən də, Brilliant Dadaşovanın tədbirində Faiq əlinə mikrofon alıb oxuyammaz. Toy danışılanda hər ikisi öz şərtini irəli sürür. Sifarişçi toyunda mütləq Faiqi görmək istəyirsə, Brilliant həmin toyun aparıcılığından imtina edir. Bu düşmənçilikdir. Mən isə düşmənçilik etmirəm. Boynuma alıram, əvvəllər qalmaqallar etmişəm. Amma qalmaqallarımdan çox iş görmüşəm. Allahıma minnətdaram ki, bu işim sayəsində sayılıb-seçilirəm. Təşkilatçılığını mənə həvalə edənlər də mənə görə istəmədiyim 3-4 müğənninin iştirakından imtina edirlər”.

Tolik Səidəyə qarşı barışıq mövqeyi də sərgiləyib:

“Bəlkə də, Səidə sabah səhvini başa düşəcək və gəlib məndən üzr istəyəcək. Əslində, onu da qınamıram. O, dostunun tərəfini tutur. Mən də belə edirəm. Allah ona kömək olsun. O, Aygün Kazımovanın da tərəfini tutub. Bu barədə Aygün Kazımova da mənə dedi. Amma Səidə gərək mənim kiminləsə qalmaqalımda bitərəf qalardı. Axı biz də dost olmuşuq”.

Xatırladaq ki, “Əsl şou” verilişinin aparıcısı, müğənni Səidə Sultan bu gün canlı yayımda prodüseri belə təbrik edib:

“Bu gün Tolik ad gününü qeyd edir. Onu təbrik edirəm. Bir söz də deyim. Tolik, sən mənə pislik edirsən. Yollarımı kəsirsən. Allah xeyirini versin. İşində ol. Nə qədər bacarırsan, o qədər də mənim yolumu kəs. Mən sənə heç nə demirəm. Bəlkə də, haqqın var, bəlkə də, haqqın yoxdur”.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

Jalə Ağayeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR