“Röya sponsor axtarmayıb” - ÖZƏL
Bizi izləyin

Magazin1

“Röya sponsor axtarmayıb” - ÖZƏL

Müğənni Röyanın “Röya şou” adlı verilişinin efirə yayımlanmaması səs-küyə səbəb olub. Məsələ ilə əlaqədar Publika.az müğənninin prodüser Kənan Bayramov ilə əlaqə saxlayıb. O, texniki cəhətdən verilişin efir hazırlığını çatdırmadıqlarını bildirib.

“Bu veriliş martda efirə getməli idi. Bu gün bu məsələnin niyə gündəmə gəlməsi bizə də maraqlıdır. Görünür, kimsə yatıb, indi oyanıb. Martda hazırlıqlar bitmədi, apreldə artıq bunu etməyin mənası yox idi. Guya ki, sponsor problemi olduğundan bizim verilişimiz alınmadı. Bu verilişin heç bir sponsoru olmayacaqdı və bizim sponsor axtarışımız belə olmayıb. Layihəni tam olaraq Türkiyənin “Renk media” prodakşını öz üzərinə götürmüşdü. Onlar bizə çox gözəl layihə təqdim etmişdilər. Yerli şirkətlərdən heç kəs bizə o səviyyədə iş təklif etməyib. Röyanın verilişinin təxminən 160 nəfərdən ibarət işçi kollektivi olacaqdı. Veriliş Türkiyədə çəkiləcəkdi. Amma iş dayandırıldı”.

Xatırladaq ki, müğənni Röyanın “Röya şou” adlı verilişi ATV telekanalında yayımlanmalı idi.

Jalə Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm