56 yaşını qeyd edən cazibədar Nərgiz Cəlilovadan ETİRAF
Bizi izləyin

Magazin1

56 yaşını qeyd edən cazibədar Nərgiz Cəlilovadan ETİRAF

Sevilən aparıcı Nərgiz Cəlilovanın ad günüdür. Publika.az sevilən aparıcını təbrik edib. Fürsətdən istifadə edərək doğulduğu günü necə qeyd etdiyini də soruşub.

Ümumiyyətlə, doğum günlərini adi günlərdən biri kimi yaşadığını deyən Nərgiz Cəlilova hər zaman təmtəraqdan qaçdığını bildirib: “Çox xahiş edirəm, bunu kapriz kimi qəbul etməyin, sadəcə, ad günüm barədə danışmağı, qeyd etməyi xoşlamıram. Hər il ad günümü iş başında keçirirəm. Amma məni yada saldığınıza görə təşəkkür edirəm”.

Maraqlıdır, Nərgiz xanımın hədiyyələrə münasibəti necədir, ən çox sevdiyi hədiyyə hansıdır?

“Mənim üçün hər uğurlu layihə, veriliş elə ad günü hədiyyəsidir. Uğurlu bir layihədən sonra tamaşaçıların mənə iltifatı ən böyük hədiyyədir. Buna görə də həmişə çalışmışam işimə məsuliyyətlə yanaşım, peşəkarlığımı daha da artırım. İnsanların sizin kimi mənə bir telefon etməsi və xoş söz söyləməsi məni xoşbəxt edir”,- Nərgiz Cəlilova belə deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm