Xalq şairi: “Xəstəlik göz açmağa imkan vermir”
Bizi izləyin

Magazin1

Xalq şairi: “Xəstəlik göz açmağa imkan vermir”

Səhhəti ilə bağlı problemlər yaşayan xalq şairi İlyas Tadığın sağlıq durumunda irəliləyiş var.

Bu barədə Publika.az-a açıqlama verən şair həkim nəzarəti altında müalicəsinin davam etdiyini, hətta dərmanları nisbətən azaltdığını deyib:

“Hələ səhhətim düzəlməyib, amma qışdakı halıma baxanda indi şükür edirəm. Yorğan-döşəkdən dura bilmirdim. İndi həyət-bacaya düşürəm, dərmanları azaltmışam. Həkimlər təmiz dağ havasını məsləhət görüblər. Mən də Gədəbəyə gedib, təbiətin qoynunda dincəlməyə qərar vermişəm. Yəqin ki, dağlar mənə yeni şeirlər də yazdıracaq. Çünki nə gizlədim, neçə vaxtdır, bu xəstəlik mənə göz açmağa imkan vermir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm