Dünyanın ən varlı aktrisaları - FOTOLAR
Bizi izləyin

Magazin2

Dünyanın ən varlı aktrisaları - FOTOLAR

Son illər Cennifer Lourens şöhrətin zirvəsinə yüksəlib. İndi o, nəinki Hollivudun ən çox tələb olunan, həm də ən yüksək qonarar alan aktrisalarından birinə çevrilib.

Publika.az xəbər verir ki, cazibədar aktrisa “Forbes” nəşrinin illik reytinqində birinci yerdədir.

Jurnal 2014-cü ilin iyunundan məşhurların bank hesablarının nə qədər artdığını öyrəniblər. Laurensin bir il ərzində bank hesabına 52 milyon dollar yatırdığı məlum olub. O, “Ac oyun” filmindən və “Dior” moda evinin reklamından xeyli gəlir əldə edib.

Maraqlıdır ki, ötən il Cen ikinci idi, Sandra Bullok isə reytinqdə birinci yerdə qərarlaşmışdı. Amma o, bu il cəmi 8 milyon dollar qazanaraq reytinqdə 15-ci olub.

“Forbes” versiyası üzrə dünyanın ən çox qazanan aktrisalarının top-10-u belə görünür:

1-ci yer Cennifer Lourens - 52 milyon dollar

2-ci yer Skarlett Yohansson - 35,5 milyon dollar

3-cü yer Melissa Makkarti - 23 milyon dollar

4-cü yer Fan Binbin - 21 milyon dollar

5-ci yer Cennifer Eniston - 16.5 milyon dollar

6-cı yer Culiya Roberts - 16 milyon dollar

7-ci yer Ancelina Coli - 15 milyon dollar

8-ci yer Riz Uizerspun - 15 milyon dollar

9-cu yer Enn Heteuey - 12 milyon dollar

10-cu yer Kristen Stüart - 12 milyon dollar

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm