Kann festivalında göz qamaşdıran ulduzlar – FOTOLAR
Bizi izləyin

Magazin2

Kann festivalında göz qamaşdıran ulduzlar – FOTOLAR

Dünən Kann festivalında belçikalı rejissor qardaşlar - Dardenlərin çəkdiyi "Qadın" filminin premyerası keçirilib.

Publika.az xəbər verir ki, film bitdikdən sonra ulduzların salonu hansı təəssüratla tərk etdiyi məlum deyil, amma sıravi tamaşaçılar premyeradan narazı qalıb. Baxış başa çatdıqdan dərhal sonra tamaşaçılar film haqqında fikirlərini sosial şəbəkələrdə bildirib. Çoxları film barədə "Darıxdırıcı", "Yeni heç nə", “Sonda demək olar ki, heç kim alqışlamadı" kimi fikirlər yazıb. Filmdə baş rolu fransız aktrisası Adel Enel ifa edib.

Təqdimat mərasimində Hollivudun məşhur simaları iştirak ediblər. Gecəyə Bella Hadid, Rozi Xantinqto-Uaytlı, Venassa Paradi, Helen Mirren, İrina Şeyk və digər ulduzlar qatılıb. Ulduzlar ənənələrinə sadiq qalaraq qırmızı xalıda təmtəraqlı libasları ilə göz qamaşdırıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm