Həyat yoldaşı Rafet El Romana yalvardı: "Məni...” - - - FOTOLAR
Bizi izləyin

Magazin2

Həyat yoldaşı Rafet El Romana yalvardı: "Məni...” - - - FOTOLAR

Refet El Romanın həyat yoldaşı Ceren Kaplakarslan barışmaq üçün ərinə təsirli məktub yazıb.

Refet El Romanın həyat yoldaşı Ceren Kaplakarslan barışmaq üçün ərinə təsirli məktub yazıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərinə sülh və barışıq təklif edən Ceren onu çox sevdiyini və ömrünün sonuna qədər sevməyə davam edəcəyini etiraf edib: "Rafetim, məni bağışla... Səninlə 6 oktyabrda məhkəmədə olmaq əvəzinə, altı il əvvəl ilk dəfə görüşdüyümüz yerdə və eyni vaxtda orada olmağı arzulayıram. Səni orada gözləyəcəyəm və sənin də gələcəyinə ümid edirəm. Səni sevirəm. Səni qısqandırmaq, qürurunu sındırmaq istədim. Amma təəssüf ki, hər şeyi bərbad elədim. Sonradan çıxan yalan yanlış informasiyalar da mənə çox zərər verdi. Bir məsələdə hər zaman rahat ola bilərsən. Səni sevməkdən heç vaxt imtina etmədim, etməyəcəm də... Sənin də məni sevdiyini bilirən, çünki bunu iliklərimə qədər hiss edirəm. Ona görə də danışmalıyıq”.

Ceren Kaplakarslan məktubda Rafetlə ayrılıq səbəblərini ana olmaq istəyi ilə izah edib: "Boşanmaq üçün ciddi səbəbin olduğunu düşünmürəm. Və bu səbəbdən də ana və övlad sahibi olmaq arzumu bir müddət təxirə salaram".

Xatırladaq ki, 46 yaşlı Rafet El Romanla 26 yaşlı Ceren Kaplakarslan iki il əvvəl evlənib. Bu evliliyə qədər 2 qızı, 1 oğlu olan müğənnini yenidən uşaq sahibi olmaq istəməməsi üçün boşanmağa qərar verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm