Magazin2
“Taxt oyunları”nın qəhrəmanı serialdakı sevgilisi ilə BUNU ETDİ - FOTO
“Taxt oyunları”nın məsum simalı dəliqanlısı Con Snou, serialdakı sevgilisi İqrit ilə gerçək həyatda da sevgilidir. Bu münasibətə bir ad qoymaq istəyən cütlük ötən gün nişanlandıqlarını fərqli bir şəkildə elan edib.
Publika.az xəbər verir ki, “Taxt oyunları”nda canlandırdıqları sevgili obrazından sonra Kit Harrinqton və Ros Lesli 2012-ci ildən münasibət yaşamağa başlayıblar. Bu isə serialdakı “Heç bir şey bilmirsən, Con Snou!” replikasının yayımlandığı hissədən sonra baş verib.
Ancaq eşqlərini reklam etmək istəməyən cütlüyün sevgi etirafı isə 2016-cı ildə baş tutub.
Münasibətlərinin yaxşı olduğunu görən Lesli növbəti aylarda “Kirayəyə pul verdiyimi, gedim elə Kitlə yaşayım” deyərək sevgilisinin evinə köçüb.
Ev deyiriksə, səhv başa düşməyin, malikanədən söhbət gedir…
Kit bu evi sevgilisi Ros ilə barəbar yaşamaq üçün 2 milyon sterlinqə, yəni, təxminən 465 min manata alıb.
Malikanə 15-ci əsrdə tikilib və İngiltərənin qərbində yerləşir. Hovuzundan tutmuş, tennis kortuna qədər hər şeyi var.
Cütlük nişanlandıqlarını elan etmək üçün çox maraqlı bir üsula əl atıblar. Onlar qəzetə elan verərək “Vorsösterşayrdam Devid və Deborah Harinqtonun kiçik oğlu və Abördinşayrdan Sebastian və Kendi Leslinin ortancıl qızı Ros nişanlandılar” sözlərini yazdırıblar.
Qeyd edək ki, elanın yazılma forması azərbaycanlıların toy dəvətnaməsini xatırladıb.
Pərviz Hüseyn
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”