Azərbaycanlı iştirakçı həyat hekayəsi ilə “O Səs Türkiyəni” göz yaşlarına boğdu - VİDEO
Bizi izləyin

Magazin2

Azərbaycanlı iştirakçı həyat hekayəsi ilə “O Səs Türkiyəni” göz yaşlarına boğdu - VİDEO

“O Səs Türkiyə” mahnı müsabiqəsində iştirak edən Ozan Əhmədov sevgi hekayəsi ilə hər kəsi duyğulandırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən “O Səs Türkiyə”nin növbəti mərhələsi baş tutub. Yarışmada iştirak edən Ozan Əhmədov “Duyanlara, Duymayanlara” adlı mahnını ifa edib.

Hadisənin komandasında olan azərbaycanlı gənc ifasını bitirdikdən sonra göz yaşlarına hakim ola bilməyib. Hadisə ondan səbəbini soruşduqda uşaqlıqdan sevdiyin qızın bu yaxınlarda toyu olacağını deyib.

O.Əhmədov müsabiqənin dünənki buraxılışında duyğusal anlar yaşasa da, növbəti mərhələyə keçə bilib. Hadisə yarışmaçılar arasından Ozanı seçib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm