Rihanna marixuana çəkərkən yaxalandı - VİDEO
Bizi izləyin

Magazin2

Rihanna marixuana çəkərkən yaxalandı - VİDEO

Bu gün internetə amerikalı müğənni Rihannanın dostları ilə “Coachella” festivalında əylənərkən gizlin çəkilmiş videosu yerləşdirilib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən videonu müğənninin fanatı çəkib.

Bu video sosial şəbəkələrdə yayılıb və az vaxtda izlənmə sayına görə rekord qırıb. Sosial şəbəkə istifadəçilərin fikrincə, videoçarxın müəllifi Rihannanın kokaindən istifadə anını çəkə bilib.

Bununla belə, məşhur müğənni özü bu faktı təkzib edib. Rihanna mətbu orqanlara və fanatlara müraciətində bəyan edib ki, o, heç vaxt kokaindən istifadə etməyib: “Mən kokain iyləmirdim, marixuanna çəkirdim” - deyib.

Qeyd edək ki, Rihanna marixuanaya olan ehtirasını əvvəllər də heç vaxt gizlətməyib. Müğənni müsahibələrində bu haqda bir neçə dəfə açıqlama verib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm