Türkiyənin yaraşıqlı cütlüyü qala gecəsində - FOTOLAR
Bizi izləyin

Magazin2

Türkiyənin yaraşıqlı cütlüyü qala gecəsində - FOTOLAR

Dünən Türkiyədə “Səndən mənə qalan” filminin premyerası keçirilib. Tədbirdə filmin çəkiliş heyəti və aktyorları iştirak ediblər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abdullah Oğuzun "Səndən mənə qalan" adlı yeni filmi sabahdan etibarən kinoteatrlarda nümayiş olunacaq.

Əkin Qoç və Neslihan Atagülün baş rolu oynadığı film ilk məhəbbət hekayəsindən bəhs edir. "Səndən mənə qalan" filmi "A Millionaires First Lav" adlı Koreya filminin ssenarisi ilə uyğunlaşdırılıb.

Filmin baş rol aktyoru Neslihan Atagülü qalada sevgilisi Kadir Doğulu tək qoymayıb. Neslihan Atagül qalaya ağ ziyafət libasında gəlib. Qara smokinqdə gələn sevgilisi isə jurnalistlərin “Gəlinlə bəyə bənzəyirsiniz” atmacasına “Bəlkə də, zamanı gəlib" deyib. Lakin daha sonra zarafat etdiyini, evlənməyi düşünmədiklərini söyləyib.

Halid Ergenç yeni çəkildiyi serialdakı roluna görə 150 min lirə pul alacağı iddiasına cavab verib. "150 min çox yaxşı puldur. Elə bir şey yoxdur, səhv məlumatdır", - deyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm