Magazin2
Eurovision-2015: İki ölkədən verilən səslər ləğv olundu
Eurovision-2015 mahnı müsabiqəsinin təşkilatçıları yarışın final mərhələsində ifaçılara Çernoqoriya və Makedoniya tərəfindən verilmiş səslərin ləğv edildiyini bildiriblər.
Publika.az-ın məlumatına görə, müvafiq qərar səslərin sayılması prosesinə nəzarət edən müstəqil PwC şirkətilə məsləhətləşmələrdən sonra qəbul olunub.
Avropa Yayım İttifaqının bazar günü dərc edilmiş məlumatında deyilir ki hər iki ölkədə finalçılara verilmiş xallarda yalnız televiziya tamaşaçılarının rəyi əks olunub.
2009-cu ildən başlayaraq Eurovision-2015 müsabiqəsində iştirakçılara verilən xalların müəyyən edilməsində tamaçaçılarla yanaşı 5 peşəkardan ibarət münsiflər heyəti də iştirak edir.
Hər bir finalçı iştirakçıya ölkə adından verilən yekun xalda isə tamaşaçıların və münsiflər heyətinin rəyi bərabər əsasda 50%:50% qaydası ilə müəyyən olunur.
Çernoqoriya və Makedoniyadan verilmiş səslərin sayılmaması barədə qərar isveçli ifaçı Mans Zelmerlovun müsabiqədə qələbəsinə təsir etməyəcək. Çünki ikinci yeri yer tutmuş iştirakçının nəticəsindən qalibin nəticəsi 62 xal çoxdur.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi