Avropada ŞOK QƏRAR: itlərə hürmək qadağan olundu
Bizi izləyin

Bilgi.az

Avropada ŞOK QƏRAR: itlərə hürmək qadağan olundu

İtaliyanın Kontrone şəhər meri Nikola Pastore günorta saatlarında itlərin hürməsinə qadağa qoyub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər rəhbərliyi nahardan sonra itlərin hürməsinin yerli sakinlərin rahatlğını pozduğunu hsab edir.

Qadağa saat 14:00-16:00 arası "siesta" vaxtı fəaliyyət göstərəcək. Qanunu pozan it sahibləri 25-500 avro civarında cərimələnəcək.

Sahibinin ev heyvanını hansı üsulla susduracağı bildirilmir. Qadağa gecə saatlarına da aiddir.

Qeyd edək ki, İtaliyada "ripozo" adlanan "siesta" saatları Aralıq dənizi regionunda məşhurdur.

Belə ki, yay aylarında həmin saatlarda hava temperaturu qəfil yüksəlir. Ona görə də, "siesta" vaxtı bəzi muzey, kilsə və biznes mərkəzləri bağlanır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm