Bilgi.az
Səudiyyə kralı istirahətə başladı, çimərlik bağlandı - FOTOLAR
Səudiyyə Ərəbistanının kralı, 79 yaşlı Salman ibn Əbdüləziz dünən Fransanın Rivyera kurortuna istirahətə yollanıb. Kralı 987 nəfər müşayiət edir.
Milli.Az European-a istinadən bildirir ki, kralın istirahəti 3 həftə davam edəcək. Onun ailə üzvləri və yaxın qohumları Antib ilə Marsel şəhərləri arasındakı Valloris bölgəsində, Mirandol çimərliyində yerləşən superlüks "Chateau De l'Horizon" villasında, 729 nəfərlik heyət isə Kann şəhərindəki beşulduzlu otellərdə, sutkası 1000 avroluq nömrələrdə yaşayacaqlar.
Kanndakı otel şəbəkələrinin sahibləri Salman ibn Əbdüləzizin istirahətini "yaxşı xəbər" sayırlar. Yerli sakinlərsə Mirandolda kralın villasının qarşısındakı çimərliyin "təhlükəsizliyin təminatı ilə bağlı" qapadılmasını qanunsuzluq və özbaşınalıq hesab edirlər.
Polislər çimərliyə girişi qapatmaqla yanaşı, 300 metr radiusda
suya da girişi yasaqlayıblar. Səbəb kralın yaxta gəzintisini
sevməsidir. Şəhərin 100 min sakini etiraz müraciəti imzalasalar da,
bir nəticə hasil olmayıb.
Məhdudiyyətlər kralın istirahətinin başa çatacağı günədək, avqustun
20-dək qüvvədə olacaq.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ