Taxta tapança, poçt yeşiyi, maneken - MƏHBUSLARIN AĞLASIĞMAZ QAÇIŞ PLANLARI - - FOTOLAR
Bizi izləyin

Cinayət dünyası

Taxta tapança, poçt yeşiyi, maneken - MƏHBUSLARIN AĞLASIĞMAZ QAÇIŞ PLANLARI - - FOTOLAR

Dünyanın bir sıra cinayətkarları kriminal aləmin tarixinə azğın əməlləri, olmazın vəhşilikləri ilə düşüblər.

Dünyanın bir sıra cinayətkarları kriminal aləmin tarixinə azğın əməlləri, olmazın vəhşilikləri ilə düşüblər. Qətlləri müqabilində layiqli cəza almış manyaklar, killerlər, qanqsterlər indi də pis xatirələrlə yada salınırlar.

Publika.az-ın təqdim etdiyi yazı isə dünyanın ən məşhur məhbus qaçışları ilə kriminal aləmin tarixinə düşmüş cinayərkarlardır. Taxta tapanşayla silahlanmış, poçt qutusunda gizlənmiş, Yer üzünün ən qorxunc ada həbsxanasından qaçmağa müvəffəq olmuş bu məhbusların nələrə qadir olduqlarını oxuduqda siz də təəccübünüzü gizlədə bilməyəcəksiniz:

ABŞ-ın bir sıra banklarında həyata keçirilmiş məşhur soyğunçuluq, iri miqyaslı qarət əməliyyatlarının müəllifi olmuş Con Dillinger yalnız cinayətləri ilə yox, həbsxanadan inanılmaz qaçışı ilə də tarixə adını yazdı. Amerikanın bank sektoruna külli miqdarda ziyan vurmuş bu şəxs qaçmağın qeyri-mümkün olduğu "Crown Point" həbsxanasında islah olunurdu.

Qeyd edək ki, burada ən təhlükəli cinayətkarlar cəza çəkirdi. Azadlığa vaxtından əvvəl çıxmaq istəyən Con Dillinger həbsxanadan qaçmazdan bir neçə saat əvvəl taxtadan oyuncaq tapança düzəltdi və onu ayaqqabı boyası ilə rənglədi. Oyuncaq tapançayla nəzarətçiləri təhdid edən cinayətkar həbsxana rəhbərliyini də bir otağa salıb, qapını bağladı və oradan qaçmağa müvəffəq oldu. Özü də həbsxana rəisinin yeni, bahalı avtomobili ilə...

Keçmiş sevgilisini və onun yeni məşuqunu qətlə yetirmiş Çarlz Viktor Tomson da dünyanın ən məşhur həbsdən qaçan cinayətkarları sırasındadır. Ağır cinayəti ilə ölüm cəzasına məhkum edilmiş məhbus əvvəlcədən bir dəst paltar əldə etdi. Bundan sonra vəkili ilə görüş tələb etdi. Görüş otağına girər-girməz vəkil gələnə qədər qiyafəsini dəyişdirdi. Açarı olmayan digər qapıya tərəf addımlayan, yeni görkəmli məhbus onu qapının ağzında saxlayan və kimliyini soruşan nəzarətçilərin bütün suallarına özünü itirmədən sərbəst cavab verdi. Daha sonra əllərini cibinə salaraq sakitcə çölə çıxdı. Beləcə həbsxanadan qaçdı.

Məhbus Alfred Georgi Hinds isə xüsusi qabiliyyəti ilə həbsxanadan qaçması ilə kriminalların tarixinə düşdü. Həbsə atılar-atılmaz kameranın açarlarının şəklini göz yaddaşına köçürən məhbus beynində onun cizgilərini hazırladı. 8 ay sonra, başqa cinayətlə yenidən yaxalanan məhbus məhkəmə zamanı tualetə getmək istədiyini bildirdi. Tualetə daxil olan Alfred Georgi Hinds nəzarətçiləri ayaqyolunun qapısı qarşısında bir neçə dəqiqə gözlətdi və öncədən hazırladığı açarla məhkəmənin tualetinin digər qapısından qaçdı.

Əməlinin bədəlini ödəyən cinayətkar Riçard Miknair həbsxananın hava borusundan qaçmağa müvəffəq olmaqla hər kəsi heyrətləndirdi. 10 ay sonra yenidən saxlanılan Riçard xüsusi nəzarətin olduğu başqa həbsxanaya göndərildi. Poçt çantalarının təmiri ilə məşğul olan məhbus bir gün çantalardan birinin içinə girib məqamını gözlədi. Bir azdan həbsaxnaya gələn yük maşını digər çantalarla yanaşı içində Rimardın olduğu çantanı da depoya apardı. Qaçışından dərhal sonra hər yerdə axtarılan və bir polis tərəfindən saxlanılan, şəxsiyyəti məlum olmayan məhbus nəinki asayiş keşikçisini aldatmağı bacardı, hətta ondan şəhərə ən yaxın istiqamət məlumatlarını da öyrəndi.

Frank Morris, Clarence Anglin və Con Anglin – bu üçlüyün qaçış planı döyüş filmlərinin süjet xəttinə bənzəyir. Dörd tərəfdən su ilə əhatə olunmuş, heç kimin yaşamadığı bir adada yerləşən, olduqca sərt qaydaların mövcud olduğu qorxunc "Alkatraz" adlı xüsusi rejimli həbsxanada cəza çəkən bu üçlük elektrik süpürgədən hazırladıqları xüsusi alətlə əvvəlcə həbsxana kamerasının beton divarını deşdilər. Oradan havalandırma borusuna, daha sonra isə çölə çıxdılar. Nəzarətçilər onların qaçışından saatlarla sonar xəbər tutdular. Çünki San Fransiskoya qaçmış məhbuslar nəzarətçilərin duyuq düşməmələri, zaman qazanmaq üçün əvvəlcədən öz başlarına uyğun maketlər hazırlayıb çarpayılarına qoymuşdular. Bununla yanaşı, saçlarını kəsdirib tükləri maketlərin üstünə qoymaqla özlərinin oxşarlarını yaratmışdılar. Onlar San Fransiskoya istiqamət alanda nəzarətçilər kameranın qapısından baxaraq məhbusların "yatdıqlarını" düşünürdülər. Əslində isə çarpayılarda uzananlar maketlər idi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm