Bu videolara baxmaq qadağandır - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bu videolara baxmaq qadağandır - FOTOLAR

İnformasiya texnologiyalarının inkişafı, internet istifadəçilərinin sayının artması insanlara istənilən hadisənin video görüntülərini izləmək imkanı yaradıb.

Hər hansı sayta, sosial şəbəkəyə daxil olmaqla istənilən məzmunda videoya baxmaq mümkündür. Lakin çox az sayda videogörüntü var ki, onları izləmək, yaymaq olmaz. Dünyanın bir çox ölkəsində böyük maraqla qarşılanmış, milyonlarla izləyici toplamış bu görüntüləri indi izləmək mümkün deyil. Onların bəziləri silinib, bəziləri isə hüquq-mühafizə orqanlarının arxivinə köçürülərək baxışı qadağan edilib.

Publika.az dünyanın qadağan olunmuş videolarını təqdim edir:

Kristina Çubbuqinin intiharı

"Sincoast Digest" telekanalının müxbiri vəzifəsində çalışan gənc qadın canlı yayımlardan birində çalışdığı şirkətdə üzləşdiyi haqsızlıqlara etiraz əlaməti olaraq qəfil intihar etdi. Özünə tapançayla atəş açaraq canına qəsd etmiş qadının müdhiş videogörüntüsünü milyonlarala tamaşaçı izlədi. Üstəlik, videogörüntü sonradan da təkrar-təkrar nümayiş olundu. Kristina Çubbuqinin ailəsi məhkəməyə müraciət edərək, bunun qarşısının alınmasını tələb etdi. Məhkəmə qərarından sonra həmin videogörüntünün yayılması, nümayişi və seyri qadağan olundu.

Dneprpetrovsk manyakları

Bir neçə gəncdən ibarət olan qrupun üzvləri 22 gün ərzində 21 insanı və bir neçə heyvanı gizli şəkildə qətlə yetirdilər. Üstəlik, həmin vəhşilikləri videokameranın da yaddaşına köçürdülər. Qrupun üzvlərindən olan iki qardaş əzab verdikləri insanların fəryadına məhəl qoymadan onların başlarına çəkiclə zərbələr endirir, qarınlarını yırtır, digər üzvlər isə döyərək öldürə bilmədikləri qurbanlarının qarınlarını yırtır, gözlərini çıxarır, üzlərini çəkiclə tanınmaz hala salırdılar. İnsanlara və heyvanlara qənim kəsilmiş bu cinayətkarların vəhşiliklərini əks etdirən videogörüntülər indi Rusiyanın hüquq-mühafizə orqanlarındadır. Lakin onu nəinki yaymaq, hətta baxmaq belə, qəti qadağandır.

Stiv İrvinin ölümü

Stiv İrvinin də ölüm videosunu izləmək heç vaxt mümkün olmayacaq. "Timsah ovçusu" ləqəbli Stivin sivri quyruqlu, yastı bədənli balıqala üz-üzə gəlməsi bu insanın sonunu gətirdi. Balığın insana hücumu, onun quyruğundakı iynənin Stivin bədəninə batmasının videogörüntüsünü izləmək yasaq olunub.

Yırtıcı balığın qisası

2 yaşında ikən Antlantik okeanında tutulmuş Tilikum xüsusi akvariumda saxlanılır. İnsanlardan qisas almaq almaq arzusuyla yaşayan yırtıcı hər gün öz məqamını gözləyib. Bir zamanlar 5,5 ton ağırlığında olmuş yırtıcı balıq Daun Brançeau adlı baxıcısına qəfil hücum etməklə çoxdan gözlədiyi qisasını qismən ala bildi. Nəzarətçinin qolundan yapışaraq onu akvariumun dibinə çəkənTilikum Daunu suda tədricən boğdu. Onun bu hücumu videokameralar tərəfindən lentə alındı. İlk nümayiş etdirilən günlərdə seyrçilər tərəfindən böyük maraqla qarşılaanan həmin görüntüləri izləmək və yaymaq qadağan olundu.

"Sandy Hook" bağçasındakı qətliam

20 yaşlı Adam Lanzanın 26 uşağı və onların tərbiyəçilərini vəhşicəsinə qətlə yetirdiyini əks etdirən videogörüntülərə dünyada heç kəs baxa bilməz. Yaxınlıqdakı evdə yaşayan Adam Lanza bu qətliamdan əvvəl doğma anasını canından etmişdi. Bağçanın nəzarət kameralarının qeydə aldığı qətliamı əks etdirən videogörüntülər yasaq olunub.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm