Bilgi.az
13 min papaq toxuyub əsgərlərə yolladı - FOTO
Tina Selbini indi bütün ölkə tanıyır. 51 yaşlı qadın Britaniyada məşhurlaşıb. O, 13 min yun papaq toxuyaraq ordudakı hərbçilərə, əsgərlərə yollayıb.
Daha 4 min papaq toxuyaraq əsgərlərə yollayacağını deyən Tina Selbi
Britaniya kraliçası 2-ci Yelizavetanın göstərişi ilə "Britaniya
İmperiyası Medalı" ilə təltif olunub.
Uelsin paytaxtı Kardiffdə yaşayan miss Selbinin dediyinə görə, ilk
əvvəl Britaniyanın Əfqanıstandakı hərbi kontingentinin tərkibində
xidmət edən əsgərlər üçün 500 papaq toxuyub yollamaq fikri
vardı.
"Toxumağa başladım və 500 papaqdan sonra dayana bilmədim. Toxumağa
davam etdim, üstəlik rəfiqələrimdən də yardım istədik. Beləcə,
rəfiqələrimlə birlikdə papaqlar toxuyub əsgərlərimizə yolladıq.
Zənn edirəm ki, belə kiçik hədiyyə əsgərlərimizin əhvallarını daha
yaxşı edə bilər", - T.Selbi söyləyib.
Tina Selbinin yolladıqları papaqların hamısı ünvana çatıb. Məsələn,
Britaniyanın Əfqanıstandakı hərbi kontingentinin tərkibindəki 2-ci
motoatıcı alayının (2 Rifles CSS Katt) əsgərləri əldə oxunmuş
papaqları həvəslə geyiblər və sonra da onların bir qrupu foto
çəkdirərək T.Selbiyə yollayıblar.
"Mənə yardım edən rəfiqələrimə göstərişlərim də olurdu. Məsələn,
Əfqanıstandakı əsgərlərimizə yolladığımız yun papaqlarda ağ rəng və
ya flürosent yun iplər olmamalıydı. Bu, təhlükəsizliyin təminatı
ilə bağlıdır, çünki yun papaqda ağ və ya flürosent rəng olarsa,
axşam düşəndən sonra belə papaq uzaqdan asanlıqla görülür", -
T.Selbi söyləyib./milli.az
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO