Bələdiyyə sədri fəhlə oldu - - FOTO
Bizi izləyin

Bilgi.az

Bələdiyyə sədri fəhlə oldu - - FOTO

Publika.az “Doğan” agentliyinə istinadən xəbər verir ki, bələdiyyə sədri inşası illərdir başa çatmayan yolun tikintisində fəhlələrlə birlikdə çalışır.

Türkiyənin Zonquldağ vilayətinin Kilimli mahalının Gelik qəsəbəsinin bələdiyyə sədri Burhan Sezgin maraqlı addım atıb.

Publika.az "Doğan" agentliyinə istinadən xəbər verir ki, bələdiyyə sədri inşası illərdir başa çatmayan yolun tikintisində fəhlələrlə birlikdə çalışır. Uzunluğu 5,6 kilometr olan yolda çalışan bələdiyyə sədri "İş yubanmasın deyə, bizdə dəstək veririk",- bildirərək qollarını çırmayaraq fəhlələrə qoşulub.

O, yolun kənarında su kanalının çəkilişində, divarların hörgüsündə şəxsən özü iştirak edir.

"Həm öz məmləkətimizə, həm də bölgəmizə xidmət edirik", - deyən bələdiyyə sədri bununla yanaşı, yolun çəkilişi üçün hələ 2 il əvvəl yardım kampaniyasına da başlayıb. Yaşayış məntəqəsinə ayrılan 100 min lirəlik vəsaitin 40 mini yolun tikintisinə sərf olunur.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm