• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İsgəndəri kosmosa nə bağlayır? – Şok sirlər

  • Maraqlı
  • 13 May 2014 10:27
  • 2 953 Baxış
İsgəndəri kosmosa nə bağlayır? – Şok sirlər

Qurani Kərimin Kəhf Surəsinin 83-98-ci ayələri İsgəndər Zülqərneynin səyahətləri ilə bağlıdır. Bu ayələrdə Yəcuc-Məcuc tayfasından söz açılır. Bu ayələrdə Zülqərneyn müxtəlif yerlərə səyahət edən, insanlara kömək edən, zalımlara qarşı məzlumların yanında yer alan bir insandır.

Yəcuc-Məcuc tayfası isə zalım və yırtıcı bir tayfadır. İsgəndər onlardan qorunmaq üçün bir sədd tikər. Bəhsedilən ayələrdə Zülqərneyn və Yəcuc-Məcuc tayfası haqqında kifayət qədər məlumat olmadığı üçün müxtəlif təfsirlərə yol açılıb.

Bəzi alimlərə görə, Yəcuc-Məcuc Yafəsin nəslindən olan iki tayfanın adı. Bu tayfaların adamları bəstəboy və döyüşkən olmuşlar. Ehtimala görə, Çin səddi onların hücumunun qarşısını almaq üçün çəkilmişdir. Bəzi tarixçilər bunların monqol və tatarlar olduğunu iddia edirlər.

İslam alimləri arasında ümumiyyətlə İsgəndərin səyahətlərinin Yer kürəsində və ya kosmosda gerçəkləşdiyi barədə fikir ayrılıqları var.

Əvvəlcə İsgəndər Zülqərneynin kimliyi ilə maraqlanaq. Kiminə görə o, mələk, kiminə görə məlik (hökmdar), kiminə görə isə fövqəladə insandır. Bəziləri onun Makedoniyalı İsgəndər olduğunu iddia edirlər. Çünki Makedoniyalı İsgəndər də Qərbdən Şərqə uzanan, böyük bir coğrafiyada yer tutan dövlətin hökmdarı olmuşdur. Son yüz ildə isə İskəndər Zülqərneynin Makedoniyalı İsgəndər olduğu barədə iddialar daha çox olmuşdur.

Bəzi alimlər isə, onun İran hökmdarı Keyxosrov olduğunu iddia edirlər. Bəzilərinə görə isə İskəndər Zülqərneyn Yəmən kralı Şəmmar ər Raişdir.

Zulqərneyn ərəbcə kəlimə olaraq Zul-sahiblik, qayn isə (kayn) buynuz, zaman, mənasına gəlir.

“Biz Zülqərneynə bir səbəb verdik”... ayədəki bu cümlə Türkiyəli alim İsgəndər Türənin diqqətini cəlb edib. Onun fikrinə görə, Quranda 9 yerdə səbəb kəliməsinə rast gəlmək mümkündr. Bu 9-un 4-ü məhz İsgəndər Zülqərneynlə bağlı ayələrdədir. Kəhf Surəsindəki səbəb kəliməsinin mənalarını anlamaq üçün digər ayələrdəki səbəb kəlimələrinə baxmaq lazımdır. Məlum olur ki, digər ayələrdəki səbəb kəliməsi göyə çıxmaq üçün vasitə mənasında işlənir.

Səbəb kəliməsi ərəbcə kök etibarı ilə ip deməkdir. Bu ip hündürə, xurma ağacına çıxmaq üçün istifadə edilən ipdir. Qədim dövrlərdə, ərəblər xurma ağacına çıxmaq üçün halqavari ipdən istifadə ediblər. Hərhalda burada Zülqərneynin kosmosa bir halqavari gəmi ilə səyahətindən bəhs edilir.

Zülqərneynin ayəyə görə 3 səyahəti olub. Birinci səyahət zamanı o, günəşin batdığı bir yerə getdi. Quranda Məqrib və Məşriq deyəndə, Yer kürəsində günəşin doğduğu və batdığı yer nəzərdə tutulur. əgər Şəms sözü də varsa, bu zaman Günəş planetinin kosmosdakı fəaliyyəti nəzərdə tutulur.

Günəş necə hərəkət edir? Günəşin ətrafındakı ulduzlarla bir hərəkəti var. Bir də Samanyolu qalaktikası içərisində bir hərəkəti var. Günəş bu qalaktikada saniyədə 250 km sürətlə hərəkət edir. Amma müəyyən vaxtdan sonra yolundan çıxaraq başqa tərəfə meyllənir. Günəş planeti Saman yolu planetinin ətrafında 250 milyon ilə bir dəfə dövr edir. Günəşin hərəkəti zamanı başqa istiqamətə meyllənməsi müasir astronomiya elmi tərəfindən Solar Apex, yəni zirvə nöqtəsi, uc nöqtəsi adlandırılıb. Məhz Zülqərneyn də Günəşin bu uc nöqtəsində, yəni günəşin batdığı yerdə bir qövmlə rastlaşmış, bir planetə rast gəlmişdir.

“Sonra (digər bir səfər üçün ixtiyarında olan səbəblərdən) başqa bir səbəb sorağınca getdi. Nəhayət iki sədd arasına yetişdi. Həmin iki dağın arxasında sanki heç bir söz anlamayan birqövm tapdı.” (92-93)

“(Həmin qövm) dedilər: «Ey Zül-Qərneyn! Həqiqətən, Yə’cuc və Mə’cuc (qövmləri) buyerlərdə fəsad törədirlər. Bizimlə onlar arasında sədd yaratmağın üçün sənə bir məbləğverəkmi?»” (94)

“(Zül-Qərneyn onlara cavab olaraq) dedi: «Rəbbimin mənə verdiyi (qüdrət) daha yaxşıdır. Mənə öz gücünüzlə yardım göstərin, sizinlə onlar arasında möhkəm sədd çəkim.»” (95)

“Mənim üçün dəmir parçaları gətirin. Elə ki, iki dağın arası (dəmir parçaları ilə) dolubbərabərləşdi, dedi: «Onu alovlananadək üfürün.» Dedi: «Ərimiş mis gətirin, dəmirlərinüzərinə töküm.»” (96)

“(Bu dəmir divar hazırlandıqdan sonra Yə’cuc və Mə’cuc) onu nə adlaya, nə də dağıdabildilər.” (97)

“(Zül-Qərneyn) dedi: «Bu, Rəbbim tərəfindən böyük mərhəmətdir. Rəbbimin və’di yetişənvaxt onu dağıdıb hamarlayar. Rəbbimin və’di haqdır.»” (98)

Hikmət Həsənov

(Ardı var)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR