• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İsrail kəşfiyyatının Hollivuddakı agentləri – FOTOLAR

  • Maraqlı
  • 3 İyun 2014 16:20
  • 2 460 Baxış
İsrail kəşfiyyatının Hollivuddakı agentləri – FOTOLAR

Sən demə, məşhur Hollivud filmləri“Bir dəfə Amerikada” və ”Döyüş klubu”nun prodüseri Arnon Milçen İsrail kəşfiyyatçısıymış.

İsraildə anadan olan, 68 yaşlı prodüser Channel2 telekanalına müsahibəsində etiraf edib ki, onun haqda uzun müddət Hollivud kuluarlarında söz-söhbət gəzib. Və bu şayiələr əsassız deyil.Yaxınlarda 69 yaşı tamam olacaq Milçen artıq nəyinsə gizli qalmağını istəməyib. Bəlkə də, yaş öz işini görüb, bundan sonra ikili həyat sürmək prodüserin nəyinə lazım?

90-cı illərin ən məşhur “Gözəlçə” filminin də (Culiya Robertsin baş rolda oynadığı əfsanəvi film) prodüseri olmuş Milçen İsrail nüvə proqramları üçün yeni texnologiyalar alırmış. Həm də bu işə digər Hollivud ulduzlarını da cəlb edirmiş.

“Mən bunu öz vətənim üçün etmişəm. Heç nədən də peşman deyiləm” deyən milyarder Arnon Milçen Təl-Əviv yaxınlığında anadan olub. Ötən əsrin 60-cı ilərində ABŞ-a köçüb və atasının şirkətində uğurlu biznes qurub.

Elə həmən ərəfədə də o vaxt İsrailin müdafiə naziri olan Şimon Pereslə tanış olur. O vaxtlar Peres İsrailin Dimon şəhərinin yaxınlığında atom reaktorunun tikintisi ilə məşğul idi.

Elə bu səbəbdən də Milçen İsrail kəşfiyyatı ilə əməkdaşlığa razı olur: ”Bilirsiz 20 yaşlı gənc üçün bu əməkdaşlıq nə deməkdir? Ölkən sənin Ceyms Bond olmağını istəyir. Bu çox həyəcanverici idi. Razı oldum”. Tezliklə Mitçen 17 ölkədə 30-dan çox şirkət yaradır, onların bank hesabları ancaq İsraillə işləmək üçün nəzərdə tutulur. Dəyəri 100 milyonlarla dollar hesablanan, helikopter və raket başlıqlarının alınmasında birbaşa iştirak edir.

Bir alman mühəndisini bu işə cəlb edir və ondan atom reaktorunun sxemlərini almağa nail olur. Həmçinin Hollivuddakı nüfuzundan istifadə edib Cənubi Afrikanın Aparteid rejimi ilə təmasa girir. Onlardan İsrail üçün uran alır.

Milçen etiraf edir ki, 2008-ci ildə dünyasını dəyişən amerikalı rejissor Sidni Pollak da dəfələrlə onun tapşırıqlarını yerinə yetirib.

Hollivudda Milçen Robert De Niro ilə dostlaşır. De Niro xatirələrini bölüşərkən telekanal əməkdaşlarına deyir ki, Milçenin haqqında həmişə şayiələr gəzirdi: ”Mən, əlbəttə ki, o vaxt bu söz-söhbətlərə inanmırdım. Bir dəfə hətta özündən bu barədə soruşdum. Milçen dedi ki, İsraildə anadan olubsa, öz vətəninə görə hər işə getməyə razı olar. Sonralar bu sualı bir daha vermədim”.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR