• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Yaşlı qadınlar sütül oğlanları bərk tutur

  • Maraqlı
  • 4 İyul 2014 13:25
  • 1 984 Baxış
Yaşlı qadınlar sütül oğlanları bərk tutur

Qələt eləyib, ANS-də bir şeir oxudum, adım bədnam oldu. Videom telefonlarda gəzir. Kefdi, vallah!

Qabağıma kim çıxır, o şeiri soruşur. “Facebook”da, yalan olmasın, bəlkə, doqquz milyon adam mənə yazıb ki, o şeirin bütöv variantını bizə göndər. Yadınızdadırsa, ANS-in efirində şeiri axıra qədər deməyə imkan vermədilər.

Hadisə belə baş verdi: dəfələrlə zəng eləyib məni verilişə dəvət elədilər. Təsəvvür edin, bir neçə din xadimi, hüquqşünas, milli-mənəvi, əxlaqi dəyərlərə malik ağsaqqal çağırıb, “Müasir ailə modeli necə olmalıdır?” mövzusunu müzakirə edirlər. Təbii ki, qonaqlardan biri də mənəm.

Dedim ki, məni bu adamlarla niyə bir verilişə çağırmısınız? Dalaşdırmaq üçün? Bu ağsaqqallar, hüquqşünaslar, din xadimləri müasir ailə modeli haqqında nə deyə bilərlər ki? Uzaqbaşı belə danışacaqlar: “Ailə müqəddəsdir, ailəni qorumaq kişinin müqəddəs borcudur, qadın bəşəriyyətin qayınanasıdır, məhəbbət dağ havası kimi saf, təmiz duyğudur, bizim gözəl, namuslu əxlaqlı qadınlarımız var, o qadınlar öz ruhlarında Nigar cəsarətini, Həcər qeyrətini yaşadırlar...”

Mən də dedim ki, biz nə qədər keçmişimizlə qürur duysaq da, reallıq hissimizi də itirməməliyik. Gəlin, görək bu günün Nigarları kimlərdir?

Bir ailəli qadın tanıyıram. Deməli, bu qadın öz məşuqu ilə nə problem yaşayıbsa acığa “Facebook”da əri ilə xoşbəxt şəkillərini paylaşıb. Sadəlöhv ər də həmin şəkilləri “like” edir. Hətta qadının rəfiqəsi şəklin altına rəy yazır: “Cnm, bir-birinizə çox yaraşırsınız”. Rəfiqəyə cavab gəlir: “Tşk!

“Tupoy” ər hətta arvadının rəfiqəsinin rəyini də “like” eləyir. Hələ bir şərh də yazır: “Allah hər kəsi xoşbəxt eləsin, heç kəsin gözünü yolda qoymasın”.

Azərbaycanda elə ailələr var ki, onlar evlənmirlər, cütləşirlər. İntim hisslər əsasında qurulan ailə də tez bir müddətdə dağılır. Çünki qadınla kişi bir-birinin “dadına” baxandan sonra görürlər ki, onları birləşdirən başqa heç bir hiss yoxdur. Onlar dilemma qarşısında qalırlar: “Ayrılsaq, el-oba nə deyər?”, fikrini əsas tutub, bir ömür çürümək, yoxsa ailəni dağıdıb uşaqları atasız-anasız qoymaq?

Başqa bir məsələ də var ki, adamlar bir-birini sevib evlənirlər, sonra necə olursa, yola getmirlər və gedib adam balası kimi boşanırlar. Hərə gedib öz həyatını yaşayır. Burda ayıb bir şey yoxdur. O qədər ailələr tanıyıram ki, birinci dəfə alınmayıb, amma ikinci dəfə çox xoşbəxt bir ailə qurub-yarada biliblər.

Birdən o din xadimlərindən biri sual verdi ki, bəs səncə, ailə necə qurulmalıdır? Mən dəqiq bilirdim ki, bu suala daha ətraflı cavab versəm, aləm bir-birinə qarışacaq. Ona görə də maksimum şəkildə çalışdım ki, fikirlərimi üstüörtülü şəkildə ifadə edim.

Məsələ ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində qadın və kişi məsələləri ilə bağlı çox ciddi komplekslər var. Mənim bildiyimə görə bu kompleksi ən çox qırıb-dağıtmağa çalışan şair Murad Köhnəqaladır. Onun qadın və ailə haqqında maraqlı fikirləri insanların bu məsələyə münasibətini xeyli yumşaldır.

Ümumiyyətlə, cəmiyyətdə ciddi bakirəlik kompleksi var. Belə demək mümkünsə, namus-qeyrət paçanın arası hesab olunur.

Qadın toy gecəsinə qədər özünü kişidən necə uzaq tutursa, bunun cəzasını da həmin gecədən sonra alır. Lazımdır ki, qadın və kişi toy hazırlıqlarına başlamamış, heç olmasa, yüngülvari də olsa evlənsinlər. Məsələn, ruslar, fransızlar, ingilislər kimi. Yəni bir-birlərinə qarşı olan ehtiras aradan qalxsın və rahat şəkildə düşünməyə başlasınlar. Belə cütlüklər hətta ayrılanda da, dost olurlar. Amma bizdə ayrıldınsa, vəssalam! Bütöv bir nəsillə düşmən olursan. Belə olmaz!

Səhv eləmirəmsə, görkəmli filosof Ağalar Məmmədov hardasa Edip kompleksindən danışanda milli-mənəvi əxlaqi dəyərlərə malik bir kişi durub ona sual verib ki, sən öz qızınla yatarsan? Ağalar müəllim də bu nadanın qabağında qalıb belə. Nə desin?

Ona görə də Azərbaycanda elə şeylər var ki, onun haqqında səmimi və rahat danışmaq çox təhlükəlidir. Ömrü boyu kitab üzü açmayan bir nadan durub sənə elə söz deyər ki, dəymişin dura-dura kalın tökülər. Məsələn, deyərlər, razı olarsan ki, sənin bacın və yaxud xalan qızı belə bir iş tutsun? Deyəcəksən ki, hə, razı olaram, deyəcəklər, peysərdi. Deyəcəksən ki, yox, razı olmaram, deyəcəklər ki, bəs niyə belə axmaq sözlər danışırsan?

Bir həqiqət var ki, Azərbaycan cəmiyyəti bu məsələlərdə xeyli mariflənməlidir. Bir şey ki, nəticədə ağır cinayətlərə, insan ölümlərinə gətirib çıxarır, deməli, bu barədə ciddi düşünmək mütləq lazımdır. Lap konkret şəkildə desəm, heç kəs heç kəslə əbədi yaşamağa məhkum deyil. Bir hiss içində bitdisə, vəssalam! Özünü necə zorlaya bilərsən?

Bu yerdə Əli Nur adında bir aktyor efirdə Süleyman Rüstəmin ilk məhəbbət haqqında şeirini oxudu. Özü də çox yüksək səslə necə oxudusa az qaldı qulağımın pərdəsi deşilsin. Ürəyimdə dedim ki, belə yüksək səslə oxunan məhəbbət şeiri heç vaxt səmimi ola bilməz. Həqiqət pıçıltı ilə deyilir. Sən həqiqəti deyirsənsə, bəs niyə qışqırırsan?

Bir az da emosiyalara qapılıb, müasir həyatımızı əks etdirən və əslində, poetik cəhətdən çox zəif bir şeir oxudum. Efirdə deməyə imkan verməsələr də, burada deyim ki, şeirin müəllifi yaxın bir dostumdur:

– Sən bir qəşəng qızıydın

Universitetə qəbul oldun.

Əyani oxumaq istədin

partana əyləşəndə

ilk dəfə dizlərini müəllimin gördü.

Dizlərin plyajdan daha qəşəng idi.

Yaşıdın oğlanları saya salmadın

Quşun yaşlı kişilərə qondu...

Burda şeiri kəsdilər, axıracan oxumağıma imkan vermədilər və mən də bu hərəkəti özümə qarşı hörmətsizlik hesab edib verilişi tək etdim. Çıxanda məni tanıyan bütün insanlardan bu verilişə gəldiyimə görə üzr də istədim.

O şeirin ardı belədir:

– Haradan bildin ki,

yaşlı kişilər gənc qızlara

bərk bağlanırlar

Onları itirməmək üçün

hər şeyə gedirlər.

Yaşlı qadınlar da

sütül oğlanları bərk tuturlar.

Bunu sənə inturist

mehmanxanasında

işləyən yaşlı xozeykan söyləmişdi.

Hələ bir dəfə də demişdi ki,

Sən bu bədənlə yaxşı

pul qazana bilərsən

Arvadı ölmüş

bir kişiyə gedərsən.

Hazır ev-eşik sahibi olarsan.

Ona görə də yaşlı kişilərlə

kabab yedin,

Mini yubkalar geydin

Universitetdə qiymətlərini

pulsuz yazdılar.

Ancaq yaşlı kişilərin

arvadları ölmədi ki, ölmədi.

Bir gün xozeykana dedin:

“Mən necə ərə gedəcəyəm?”

Kənddə əmin oğluna gedərsən - dedi,

Kənd oğlanları avam olur.

Sonra səni tanış bir ginekoloqun

yanına apardı,

Qızlığını yaxşıca düzəltdi.

Daha bir kişini də

aldada bilərsən - dedi.

Pulunu da yaşlı bir kişi verdi.

əldən-ələ düşdün

dildən-dilə.

Yaşlı kişilərin

arvadları ölmədi ki, ölmədi.

Üzləri bərk imiş.

Sonra da kafedə işlədin

Plyaj dizlərindən daha qəşəngdi.

Hər səhər bir səs gəlir

kafedən

Mən zamanın qızıyam

Köynəyi qırmızıyam.

Kəramət,

1937.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR