• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Hitlerin ən yaxın adamını tutan MOSSAD agenti – MƏXFİ - FOTOLAR

  • Maraqlı
  • 10 İyul 2014 10:25
  • 1 661 Baxış
Hitlerin ən yaxın adamını tutan MOSSAD agenti – MƏXFİ - FOTOLAR

İndiyədək heç kim Rafi Eitanın neçə adam öldürməsi barədə dəqiq məlumata malik deyil. Bu sualı Rafi Eitanın özünə verdikdə isə cavab belə olurdu:

“Adam öldürən zaman qurbanların gözlərini, göz bəbəklərinin ağını hiss etməyə çalışdım. Yalnız o anda çox sakit və diqqətli olub, üzərimə düşən işi görmək barədə düşünürdüm. Sonra da o işi başa çatdırardım”.

Rafi Eitan az qala 25 ilə yaxın bir müddətdə İsrailin məxfi kəşfiyyat orqanı, dünyanın ən effektiv və professional işçi heyətindən birinə malik olan MOSSAD-ın məxfi əməliyyatlar üzrə məsul rəhbəri olub.

Kabinetdə oturub sənədləri vərəqləmək və başqalarını əməliyyatlara göndərmək ona xas olan iş deyildi.

O, hər fürsətdə məxfi əməliyyatlara şəxsən özü gedər və dünyanı gəzərdi. Həyatında dönüş edən ölkələri isə bir cümlə ilə belə ifadə edərdi:

“Cavabın bir hissəsi deyilsənsə, deməli, sualın bir hissəsisən”.

Öz dövrü üçün soyuqqanlı, qəddar, hiyləgər formada və ildırım sürətli məxfi əməliyyatları uğurla başa çatdırmaqda ondan yaxşı xəfiyyə yox idi. Ən ağıllı formada hazırlanmış gizli planı belə onun kimi hiyləgərcəsinə poza bilən kəşfiyyatçı yox idi. Bütün bu keyfiyyətlərinə malik olan Rafi Eitan məhz bu özəlliyinə görə çox mühüm və məxfi bir tapşırıq alır. Tapşırıq isə Nasist Almaniyası dövründə 2 milyon nəfərə yaxın yəhudilərə qarşı soyqırım törədilməsində günahkar bilinən və Adolf Hitlerin ən yaxın silhadaşlarından olan Otto Adolf Eichmannın tutulub gətirilməsi idi.

Adolf Eichmann Hitlerin şəxsiyyətinə pərəstiş edən ən qatı Nasist bürokrat idi. Rafi Eitan isə dünyada heç bir nasistin həyatının təhlükəsiz olmadığını xatırladan köhnə partizan hesab olunurdu. Kimsə Rafi Eitanı evinə dəvət etməkdən çəkinməzdi. Kimsə onun keçirdiyi bənzərsiz məxfi əməliyyatları barədə saatlarla xatirələrini danışmasından bezməzdi.

Beləliklə, günlərin bir günü, 1957-ci ildə MOSSAD yəhudilərə qarşı nifrət hissi bəsləyən Otto Adolf Eichmannın Argentinada görülməsi barədə məlumat alır. Bu, hadisə Adolf Hitlerin ölümündən 12 il sonra baş verir.

Buna qədər isə ərəblərə qarşı həyata keçirilən hiyləgər əməliyyatlarda göstərdiyi şücaət Rafi Eitanın MOSSAD daxilində ulduzunu çoxdan parladırdı. Ona görə də qəddar Hitlerçi olmuş Eichmannın Argentinada tutularaq İsrailə gətirilməsi və məhkəmə qarşısına çıxarılması vəzifəsi Rafi Eitana tapşırılır. Əgər Rafi Eitan bu əməliyyatı uğurla başa çatdıra biləcəkdisə, o zaman MOSSAD dünyanın kəşfiyyat idarələri arasında liderlik edəcəkdi.

Beləliklə, 1960-cı ilin mayında Rafi Eitanın rəhbərlik etdiyi heyət Argentinanın paytaxtı Buenos Ayres şəhərinə çatırlar. Onlar burada MOSSAD tərəfindən öncədən kirayə tutulmuş evə yerləşir. Daha sonra Eitan qaçırma qrupu hazırlayır və səhəri gün Otto Adolf Eichmannın gizli izlənilməsinə başlanılır. Və nəhayət ki, izlənmə vaxtı Rafi Eitan ilə Otto Adolf Eichmann qarşı-qarşıya gəlirlər. Bu an Eitan Adolf Eichmannın üzərinə silah çəkərək onu tutur və başına pilot dəbilqəsi keçirərək təhlükəsiz yerə aparır. Onlar gün ərzində həmin evdə qalırlar. Daha sonra Adolf Eichmann MOSSAD tərəfindən ayrılan təyyarə ilə İsrailə gətirilir. Uzun mühakimədən sonra isə Adolf Eichmann insanlığa qarşı cinayət törətməsi ittihamı ilə ölümə məhkum edilir. Hökm 1967-ci il mayın 31-də icra edilir və Otto Adolf Eichmann Ramla həbsxanasında edam olunur. Edamı izləyən şəxslər arasında Rafi Eitan da olur.

Bundan əlavə, Rafi Eitan MOSSAD-ın əməliyyatlarını həyata keçirən xəfiyyə kimi dəfələrlə Avropa ölkələrinə gedib orada milliyyəti ərəb olan terrorçu dəstələri ifşa edir, öldürür və sairə. Əfsanəvi kəşfiyyatçı öz qurbanlarını daha çox uzaqdan idarə edilən bombalar və MOSSAD-ın klassik silahı sayılan “Beretta” tipli tapançası ilə öldürürdü. Sakit əməliyyat keçirilməsi lazım olan məqamlarda isə o iplə boğma və karate üsulu ilə gicgaha zərbə endirmə fəndlərindən məharətlə istifadə edib hədəfini aradan götürürdü. O, öldürdüyü adamlara görə əsla vicdan əzabı çəkməzdi.

Qısa zaman ərzində Avropanın demək olar ki, hər yerində yüzdən çox kişi və qadın Rafi Eitanın əmrlərini icra etmək üçün hazır vəziyyətdə gəlmişdi. Onların arasında vəkillər, stomatoloqlar, müəllimlər, həkimlər, dərzilər, dükan sahibləri, evdar qadınlar, ümumiyyətlə bütün peşə sahibləri var idi. Onların arasında bir qrupu isə digərlərindən daha üstün tutulurdu.

Rafi Eitan Hitlerin dönəmində soyqırıma uğramış yəhudilərə Almaniyaya geri dönən zaman “mənim həyatda qalan casuslarım” deyə müraciət edirdi.

İsrailin xüsusi xidmət orqanlarının uğurlu işində Rafi Eitanın önəmli rola malik olması heç kəsə sirr deyil. Əbəs yerə deyil idi ki, o dövrdə İsrailin baş naziri olmuş Menahem Begin Eitanın açıq əməliyyatlarda riskə atılmasını istəmirdi. Ancaq Rafi Eitan isə keçirilən əməliyyatlarda şəxsən iştirak etməyə can atırdı. O, kabinetindəki stolun arxasında saatlarla oturub qalmağa, bitmək bilməyən toplantılara qatılmağa nifrət edirdi.

Rafi Eitan həm də mükəmməl anti-terrorçu idi. Bu səbəbdən də baş nazir Menahem Begin bir müddətdən sonra onu İsrailin xüsusi xidmət orqanlarında ən strateji yer sayılan Elmi Əlaqələr Bürosunun (LAKAM) başına gətirdi. Eitan çox qısa vaxt ərzində burada da əhəmiyyətli əməliyyatlara imza atır.

Hazırda 87 yaşı olan Rafi Eitan 1993-cü ildən bəri əsasən kənd təsərrüfatı sahəsini əhatə edən geniş biznes fəaliyyəti ilə məşğul olur. Hazırda Rafi Eitan Kubada da böyük biznesə sahibdir. Onun Kubadakı biznesinə tütünçülük sahəsi də aiddir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR