Bilgi.az
İstirahətdən sonra iş rejimini necə bərpa etməli?
Bir çox insanlar hələ istirahətdə
olsalar da, artıq bəziləri məzuniyyətdən işə
qayıdıblar.
Bəzən belə insanlar ilk iş günlərində işə bir
qədər həvəssiz yanaşır, bir növ istirahət ab-havasında olurlar.
Bəs, görəsən, bu kimi halların baş verməməsi üçün nə etmək
lazımdır?
Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin
müavini Niyaz Hüseynov
deyir ki, insan işdən qısa vaxta, təxminən bir
ayadək olan müddətə ayrılırsa, onun sonradan iş rejimini bərpa
etməsində o qədər də problem olmur. Lakin məzuniyyət vaxtı 2-3 ay
və daha artıq davam edərsə, bu artıq müəyyən problemlər yarada
bilər. Lakin həkim məsləhət görür ki, istənilən halda insan özünün
gündəlik qrafikini pozmamalıdır:
"Düzgün qidalanmaq, yuxu rejiminə əməl etmək ilk
növbədə əsas şərtdir. Bunlara düzgün əməl olunduqda iş rejiminin
bərpası elə də çətin olmur".
Niyaz Hüseynov insanları istirahət zamanı
psixoloji sarsıntılardan uzaq olmağa da çağırır. O, bildirir ki,
yaxşı istirahət sonrakı iş fəaliyyətinə də müsbət təsir göstərir.
(EL TV)
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi