• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ermənilərin terrorçu olduğunu deyən türk generalının müəmmalı ölümü - ŞOK FAKTLAR

  • Maraqlı
  • 28 Avqust 2014 18:06
  • 1 743 Baxış
Ermənilərin terrorçu olduğunu deyən türk generalının müəmmalı ölümü - ŞOK FAKTLAR

Türkiyənin keçmiş Jandarma Komandanı olmuş məşhur şəhid general-polkovnik Əşrəf Bitlisin ölümünün səbəbi indiyədək hələ də sirr olaraq qalır. Hərbi fəaliyyətinin uzun illəri Kiprlə bağlı olmuş general Əşrəf Bitlisin ölümündən sonra onun haqqında bir neçə filmlər çəkilib, kitablar yazılıb.

Bəs kim idi bu general?

Əşrəf Bitlis 1952-ci ildə Türkiyənin Quru Qoşunları Məktəbini bitirərək leytenant rütbəsi alıb. O, 1966-ci ildə Quru Qoşunları Akademiyasının məzunu olur.

Daha sonra Əşrəf Bitlis Almaniyada təhsili alır, buranı bitirdikdən sonra isə 1969-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Akademiyasından məzun olur.

1973-cü ildə Almaniya Hərbi Akademiyasını da uğurla başa vurur. Bir il Quru Qoşunları Akademiyasında baş müəllim vəzifəsini icra edir.

1974-cü ildə Kipr Xalq Hərəkatı zamanı polkovnik rütbəsinə yüksəlir və Kiprdəki Türk Alayının komandiri vəzifəsinə təyin olunur. General Əşrəf Bitlisin bu alayın komandiri olduğu vaxtda Kipr Yunan Alayı məhv edilir.

Əşrəf Bitlis 1982-ci ildə general-mayor rütbəsinə yüksəlir və Kiprdə diviziya komandiri olur.

Əşrəf Bitlis 1986-cı ildə isə general-leytenant rütbəsi alır, 1988-ci ildə isə Kiprdəki Türk Sülhməramlı Qüvvələrinin Komandiri olur.

1990-cı ildə isə general-polkovnik rütbəsinə yüksəlir və Türkiyənin Jandarma Komandanı təyin olunur.

O dövrdə Əşrəf Bitlis bir sıra xarici dairələri narahat edən açıqlamaları ilə də yadda qalır. Belə ki, general-polkovnik Əşrəf Bitlis hələ ölümündən bir neçə il öncə koalisiya qüvvələrinin Türkiyədən ayrılmasının vacibliyini elan edir və ABŞ-ın Şimali İraqda yaratmaq istədiyi kürd dövlətinin Türkiyənin zərərinə olduğunu bəyan edir. Hətta, bütün bunlara görə ABŞ-ın Türkiyədəki səfirliyi bir neçə dəfə Türkiyə hökumətinə şikayət edir.

1993-cü il fevralın 7-də Əşrəf Bitlis çıxışı zamanı bəyan edir ki, "İncirlik Üstü" adlanan yerdən havaya qalxan ABŞ təyyarələri PKK terrorçularına yardım payları dağıdır. Bu cür açıq bəyanatlardan cəmi 10 gün sonra isə sonra Əşrəf Bitlis 1993-cü il fevralın 17-də "Beechcraft B200 King Air" tipi təyyarədə olarkən qəzaya düşür və həlak olur. Qəza zamanı onunla bir yerdə olan 2 nəfər əsgər də ölür. İndiyədək də həmin qəzanın səbəbləri bilmir.

Məşhur türk generalı olan Əşrəf Bitlisin söylədiyi bəzi fikirlər bu gün də cəmiyyətdə böyük maraq kəsb edən müzakirə mövzusudur. Misal üçün, vaxtilə general-polkovnik Əşrəf Bitlis deyirdi:

"PKK İsrailin xüsusi xidmət orqanı MOSSAD-a bağlı olan terror təşkilatıdır. PKK terrorçularının 70 faizi İranda təlim keçmiş ermənilərdən ibarətdir. Bu təşkilatın əsas məqsədi isə Osmanlı İmperiyasının yenidən Orta Şərqdə baş qaldırmasının qarşısını almaqdır. PKK-nın əsas maliyyə mənbəyi isə Almaniya və İngiltərə dövlətləridir"....

Məşhur Kurtlar Vadisi serialında da Əşrəf Bitlisin prototipi canlandırılıb.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR