Bilgi.az
İnsan bədənində gözəgörünməz məxluqlar yaşayır – FOTOLAR
Biz insanlar baş dərimiz və ya üzümüz üçün ən bahalı təmizləyici vasitələrdən də istifadə edirik. Bu məqsədlə nə qədər xərc çəksək də, bədənimizdə gözəgörünməz mikrobların yaşayır.
Hazırda bizim üz dərimizdə Demodekoz gənəsi yaşamaqdadır. Hələ bu azmış kimi, baş dərimizdə də xırda, səkkiz ayaqlı hörümçəyə bənzər məxluqlar yaşayır. Yeni aparılmış tədqiqat zamanı eksperimentə cəlb olunmuş bütün insanların bədənində məskunlaşan belə "arzuolunmaz qonaqlara" rast gəlinib.
Belə ki, ABŞ-ın Şimali Karolina Universitetinin məzunu Meqan Tommesin bildirdiyinə görə, başımızın dərisində yaşayan məxluq Demodekoz (gənə) saç dibindəki yağlarla qidalanır. İnsan üzündə isə 2 cür gözəgörünməz məxluq aşkarlanıb: civzə gənəsi (Demodex folliculorum) və demodekoz brevis (Demodex brevis) tapılıb.
Meqan deyir: "Səkkizayaqlı məxluqlar sanki yağ hovuzunda üzür. Kiçik "dostlarımız" hər zaman bizimlədir. Nəzərə alaq ki, bu xırda heyvanlar bütün insanlarda var və onların heç bir əks təsiri yoxdur".
İyirmi doqquz insan arasında aparılmış DNT testindən yaşı 18-dən yuxarı olan bütün insanlarda Demodekoz aşkarlanıb. Lakin alimlər bu gənələrin insan bədəninə necə düşdüyünü bilmirlər. Güman olunur ki, "kiçik dostlarımız" anadan övlada doğuluşdan keçir. Adətən bu gənələr gənc insanlarda tapılır. Maraqlısı budur ki, qaranlıqda gənələr dərimizdə hərəkətə keçir.
Şimali Karolina Universitetinin entomologiya üzrə professoru deyib: "Demodekozlar bizimlə uzun müddətdir ki, birgə yaşayır. Lap ilk insanın Afrikanı tərk edib dünyaya səpələndiyi vaxtdan bəri gənələr bizimlədir".
Bununla da, Demodekoz DNT analizi vasitəsi ilə insan təkamülünün tarixini araşdırmaqla qədim insanların keçdiyi yolu öyrənmək olar. İndi isə qarşıda bu balaca heyvanların insan bədəninə necə düşdüyünü tədqiq etmək məqsədi dayanır.
Nura
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO