“Supermen” peyda olub - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Supermen” peyda olub - FOTOLAR

Çinin Sutsyan şəhərində polis mənzili yarmağa çalışan oğrunu asanlıqla həbs edə bilib. Cinayətkar "super qəhrəman" tullanışı həyata keçirərkən ağır zədələnib. Onu elə damda saxlaya biliblər. İş isə belə olub:

Sutsyan şəhər polisinin verdiyi məlumata görə, 25 yaşlı Tan Ley çoxlu miqdarda spirtli içki qəbul etdikdən sonra çoxmənzilli evlərin birinə daxil olaraq qarət etmək fikrinə düşüb. Cinayətkarın sözlərinə görə, yaşayış evinə daxil olduqdan sonra sahibin evdə olmadığını güman edərək qiymətli əşyaların axtarışına başlayıb. Bu zaman səs-küydən ev sahibinin 10 yaşlı qızı yuxudan oyanıb.

Qızın peyda olması oğrunu qorxuya salıb və gəlişini izah etməyə başlayıb. İçkili olan qarətçi öz gəlişini belə izah edib: guya o, "Supermen" qəhrəmanıdır.

Tan jurnalistlərə deyib: "Sakitliyi saxlamaq və uşağın diqqətini yayındırmaq üçün ona dedim ki, mən Supermenəm və mən öz məxfi qərargahıma getməliyəm".

Lakin yerində düz dura bilməyən və aydın olmayan diksiya ilə danışan Supermenə qız inanmayıb. Bunun üçün qız kişidən Supermen olduğunu sübut etməsini tələb edib.

Xəstəxanada çarpayıda uzanan çinli xatırlayır: "O, mənim dediklərimi cəfəngiyyat adlandırıb dedi ki, əgər həqiqətən də, super qəhrəmanamsa, o zaman uçmağımı göstərməliyəm. Qız dedi ki, əgər mən uçmasam, o, qışqıracaq".

On yaşlı qızı öz dediklərinə əmin etmək üçün özünü Supermen kimi qələmə verən kişi əynindən şalvarını çıxarıb, pəncərədən tullanıb.

Tan deyir: "Şalvarımı çıxartdım ki, Supermenə oxşayım. Mən elə bilirdim ki, üzbəüz binanın damı yaxındır və uça biləcəm". Oğru dama yıxılsa da, səsə qonşular gəlib.

Damda oturan oğrunu oradan nərdivanla çıxarıblar. Hazırda xəstəxanada qalan Tanı 7 il həbs cəzası gözləyir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm