• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xoşbəxt olmaq üçün 14 məsləhət

  • Maraqlı
  • 22 Sentyabr 2014 12:51
  • 653 Baxış
Xoşbəxt olmaq üçün 14 məsləhət

Yay bitir və öz yerini melanxolik payıza verir.

Qarşıda bizi soyuq, uzun gecələr və gün işığının azlığı gözləyir. Payızın verdiyi kədər heç kimdən yan keçmir. Lakin məyus olmağa dəyməz və "bərpa" olmaq üçün yazı gözləmək lazım deyil.

Xoşbəxt olmağın bir neçə yolu mövcuddur. Hər halda, bunlar, heç olmasa, az da olsa, əhvalınızı qaldıracaq. Qeyd edək ki, aşağıda təqdim olunmuş metodlar elmlə sübut olunub.

  1. Hər gün taleyinizə minnətdar olun və bu barədə gündəliyinizə qeyd edin. Ümumiyyətlə, gündəlik tutmaq emosiyalara yaxşı təsir edir. Gündəlikdə qeydlər apararkən günün sonunda mütləq yaxşı sözlər yazın.
  2. Sizi xoşbəxt edən amilləri dost və tanışlarınızla bölüşün. Alimlər sübut edib ki, yaxın insanlarla yaxşı xəbərləri bölüşmək xoşbəxtlik hormonunu qaldırır. Bundan əlavə, dostlarınızın da bölüşdüyü xoşbəxt anlar barədə təəssüratları dinləyin.
  3. Özünüzü göy rənglə əhatə edin. Elm sübut edib ki, göy rəng və onun çalarları diqqəti artırır və sakitlik və əmin-amanlıq yaradır.
  4. Meditasiya ilə məşğul olun. Meditasiya güc və zaman tələb edir. Lakin buna dəyər. Tədqiqatlar göstərir ki, meditasiya stressin səviyyəsini aşağı salır və daxili sakitlik yaradır.
  5. Pulu yalnız özünüzə xərcləməyiniz eqoizimdir və bundan əlavə, əhvalı da qaldırmır. Lakin pulu başqalarına xərcləsəniz, əhvalınız qalxar və həyatınıza pozitivlik qatar. Kimisə kinoya aparın, tanışınıza gözlənilməz hədiyyə edin.
  6. İdman stressin səviyyəsini aşağı salır. Az da olsa, idmanla məşğul olmağınız fikirlərinizi yayındıra bilər.
  7. Həyatının hər bir dəqiqəsini qiymətləndirin.
  8. Çoxlu maye qəbul edin. Aparılmış tədqiqatlar sübut edir ki, bədəndə kifayət qədər suyun olmaması əsəbilik və həyatdan narazılıq yaradır. Ona görə də çalışın, gün ərzində 8 stəkan maye qəbul edəsiniz.
  9. Yaxşı yuxu orqanizmin neqativ emosiyalarla mübarizəsində sipər rolunu oynayır. Ona görə də gecələr yatın. Lakin normadan da artıq yatmaq olmaz. Çox yatmaq depressiyaya səbəb olur.
  10. Təmiz havada gəzişin. Hətta yarım saatlıq gəzinti xoşbəxtlik səviyyəsini qaldırır. Bundan əlavə, gəzinti D vitaminini artırır.
  11. Qarşınızda məqsəd qoyun. Bu, əhvalı qaldırmaq üçün ən standart üsullardan biridir. Məqsəd qeyri-real və ambisiyalı olmamalıdır.
  12. Tez-tez gülümsəyin. Gülüş sizi depressiyadan xilas edə bilməz, lakin pozitiv emosiya verə bilər.
  13. Sevimli nəğmələrinizi, xüsusən şən mahnıları dinləyin. Rəqs musiqilərinə qulaq asmaqla qəm-kədəri qova bilərsiniz.
  14. Və sonda... internetdə az vaxt keçirin. Faktlar sübut edir ki, internetdə çox gün keçirmək həyatınızı yeknəsəq edə bilər.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR