• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Küçənin ortasında soyundurub döydülər – VİDEO

  • Maraqlı
  • 14 Oktyabr 2014 16:13
  • 6 694 Baxış
Küçənin ortasında soyundurub döydülər – VİDEO

Çinin şərqindəki Henan əyalətinin Puyanq şəhərində bir qadın sevgili olduğu kişinin arvadı və onun üç rəfiqəsi tərəfindən tünlük bir küçənin ortasında çılpaq soyundurularaq vəhşicəsinə döyülüb.

Publika.az "Doğan" Xəbər agentliyinə istinadən xəbər verir ki, yoldan keçən yüzlərlə şəxsin sadəcə izləməklə kifayətləndiyi hadisə kameralar tərəfindən anbaan qeydə alınıb.

Polislərin dediyinə görə, Lin Yao Li adlı 38 yaşlı qadın evli bir kişi ilə sevgili imiş. Aldadılan arvad və onun rəfiqələri məşuqəni Puyanq şəhərinin ən gur küçəsində tutub, əynindəki paltarı zorla cıraraq soyundurublar.

Dörd qadın tərəfindən yerə uzadılan qadın təpik zərbələri ilə uzun müddət vəhşicəsinə döyülərkən ətrafdan keçən yüzlərlə şəxs sadəcə baxmaqla kifayətlənib.

Qadınlar yalnız əsəbləri soyuduqdan sonra qurbanı buraxıblar. Məhz bundan sonra döyülən qadın polisə şikayət edib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR