Bilgi.az
Nişan üzüyü kişinin ölümünə səbəb oldu
ABŞ-ın Florida ştatında nişan üzüyü 33 yaşlı kişinin ölümünə səbəb olub.
Hadisə isə belə olub: 33 yaşlı Ceyson Ferqüsson qabyuyan maşını təmir etmək üçün qohumlarıgilə qonaq gəlib.
Ferqüsson elektrik enerjisini şəbəkədən ayırdıqdan sonra qabyuyan maşını təmir edib. O, ev sahibinə avtomatik qabyuyan maşının işləməsini yoxlamağı tapşırıb.
Ev sahibi və Ferqüsson elektrik enerjisini qoşduqdan sonra maşını işlək vəziyyətə qoyaraq onun necə işləməsinə nəzarət ediblər. Bu zaman Ceyson Ferqüsson qurğudan qəribə səslər eşidib və bunun səbəbini tapmaq üçün maşını yoxlamağa çalışıb. O, qabyuyan maşının qarşısında dizüstə dayanıb maşını yoxlarkən qəfildən donmuş kimi yerə yıxılıb.
Qohumların sözlərinə görə, hadisə bir anın içində baş verib. Ev sahibi Albert Vaşinqton deyib: "Biz hər şeyi təlimata uyğun edirdik. Lakin birdən maşından qəribə səslər çıxmağa başladı. Ceysonun maşının divarına toxunduğunu, bir neçə saniyədən sonra qızardığını və yerə yıxılaraq nəfəs almadığını gördük".
Hadisə yerinə təcili tibbi yardım gələnə qədər Vaşinqton ona süni nəfəs verib və ürəyini hərəkətə gətirməyə çalışıb. Lakin heç bir səy öz bəhrəsini verməyib. Ekspertiza zamanı kişinin cərəyan vurmadan həlak olması bəlli olub. Sən demə, Ferqüsson maşını yoxlayarkən onun nişan üzüyü hansısa məftilə və ya qurğuya toxunub, nəticədə kişi yerindəcə vəfat edib.
Nura
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ