Spirtli içkinin tarixi 10 milyon il əvvələ gedib çıxdı
Bizi izləyin

Bilgi.az

Spirtli içkinin tarixi 10 milyon il əvvələ gedib çıxdı

"İnsanın etil spirtini həzm etmə qabiliyyəti heç vaxt əkinçiliyin yaranması və spirt tərkibli içkilərin istehlakı ilə bağlı olmayıb. Paleogenetiklər hesab edirlər ki, lazımi gen mutasiyası ilk dəfə 10 milyon il əvvəl insanabənzər meymunların ağaclardakı çürüyən meyvələri seçib yeməyə başladıqları vaxt başlayıb".

Publika.az-ın məlumatına görə, alimlərin bir çoxu alkoqolizmin səbəbini insanın orqanizminin hələ genetik səviyyədə Neolit dövründən (bizim eradan təxminən 8 min il əvvəl) başlayaraq içkilərin tərkibində olduğu məlum olan etil spirtinə uyğunlaşmamasında görürlər. Lakin ABŞ-ın Florida ştatının Santa-Fe kollecindən olan Metyu Kerrigen və onun həmkarları müəyyən ediblər ki, etanolun həzm sistemində emalını təmin edən ilk ferment olan ADH4 70 milyon il ərzində primatların təkamülündə fəaliyyət göstərib.

Məlum olub ki, ADH4 (bu sinfin bütün fermentləri ilkin spirtlərin aldehidlərdə oksidləşməsinin dönən reaksiyasını kataliz edir) insanın əcdadlarında təxminən on milyonlarla il əvvəl baş vermiş yeganə gen mutasiyası sayəsində "qazanılıb".

Alimlər iddia edirlər ki, bu mutasiya xronoloji olaraq hominidlərin yerdəki həyat tərzinə keçidlə üst-üstə düşür. Bu insanlar və heyvanlar (şimpanzenin və qorillaların əcdadları) ağaclardan enib, torpağın üzərinə səpələnərək qalan çürümüş meyvələri yeyiblər. İndividin qida resurslarının çatışmadığı dövrdə belə yeməyi həzm etməyi bacaranlar öz yoldaşlarından daha çox sağ qalmaq şansı əldə ediblər.

Çox yetişmiş tropik meyvələrdə etil spirtinin miqdarı bu gün həkimlərin sağlamlıq üçün faydalı hesab etdikləri dozadadır ("aşağı doza"). Bundan başqa, bu, təmiz alkoqol deyil, bərk qidanın bir hissəsidir ("qəlyanaltı"). Alimlərin fikrincə, təkamül səviyyəsində insan orqanizmi sivilizasiyanın inkişafı ilə yaranan tünd içkilərə deyil, alkoqolun məhz bu formasına uyğunlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm